Qanuna pensiya və müavinətlərlə bağlı dəyişiklik edildi

2-04-2021, 16:04           
Qanuna pensiya və müavinətlərlə bağlı dəyişiklik edildi
İnzibati Xətalar Məcəlləsinə “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən istifadə edilməklə baxılmanın xüsusiyyətləri” adlı fəsil əlavə olunub.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu sahədə inzibati xətalar müvafiq icra hakimiyyətin orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemləri, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” qanunla müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunacaq.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru