Şuşada atasnın səs yazısını eşidən Prezident kövrəldi... - VİDEO
13-05-2021, 20:47
Xəbər verdiyimiz kimi, bu gün Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci - sonuncu günü keçirilib. Festivalda Ulu Öndər Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu video-çarx nümayiş olunub. Prezident İlham Əliyev ümumilli liderin çıxışını dinləyərkən kövrəlib.
Ölkə başçısı və festivalın iştirakçıları Heydər Əliyevin nitqini ayaqüstə alqışlayıb.