Sosial şəbəkələr üzərində dövlət nəzarətinin aparılması təşəbbüsləri daha tez-tez səslənir

14-05-2021, 08:59           
Sosial şəbəkələr üzərində dövlət nəzarətinin aparılması təşəbbüsləri daha tez-tez səslənir
Son günlər sosial şəbəkələrə nəzarət etməsi ilə bağlı təkliflər səsləndirilir.
Ekspertlər sosial şəbəkələrdə təhqir və böhtana geniş yol verilməsi ilə bağlı narahat olduqlarını bildirirlər. Onlardan bəziləri isə hətta qanunvericiliyə dəyişikləri edib buna görə cəzaların sərtləşdirilməsini təklif edirlər.
Sosial şəbəkələrə nəzarət olmalıdırmı? Bunu etmək mümkündür? Azərbaycanda nəzarət mexanizmi işə düşərsə nəticələr necə olacaq?
Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli isə bildirib ki, sosial medianın məhdudlaşdırılması və sistemli şəkildə nəzarətə götürülməsi çağırışları yeni deyil. «Bununla bağlı müxtəlif ölkələrdə çağırışlar tez-tez baş verir. Demokratiyanın az olduğu və ümumiyyətlə az inkişaf etmiş ölkələrdə bu daha sistemli şəkildə baş verir. Amma təəssüf ki, bununla bağlı ilk tənzimləmələr artıq Almaniyada da başladı, daha sonra Türkiyə daha ciddi tənzimləmələr gündəmə gəldi, ABŞ-da Tramp dönəmində müəyyən tənzimləmələrin gətirilməsi tələb olunurdu».
Ekspertin fikrincə, hökümətlər çalışır ki, müxtəlif bəhanələrlə, xüsusən də şəxslərin hüquq və mənafelərinin qoruma adı altında sosial mediaya müəyyən məhdudiyyətlər gətirsin. «Bu yayılan kontentlə bağlı məhdudiyyətlərdir. Sosial media platformaların heç biri Azərbaycanda yerləşmədiyi üçün onlara yönəlik tələblər daha çox Türkiyədəkinə bənzər tənzimləmə ola bilər. Yəni, məcburi olaraq burada ofis saxlaması qanunvericiliyə gətirilə bilər və onlardan hansısa şəxsi məlumatların silinməsi və ya təqib olunması tələb oluna bilər. Əks halda onların cərimələnməsi və yaxud da ölkədəki fəaliyyətinə məhdudiyyətlər gözləyə bilər».
Məmmədli qeyd edib ki, bu daha çox sosial media kontentinin hər hansı formada, xüsusən də tənqidçi tərəflərin təqib olunmasına yönələcək.
Ekspert vurğulayıb ki, ikinci metod isə ölkədə ümumiyyətlə sosial mediaya çıxışını bloklayaraq prosesinin qarşını almaqdır. «Bu da qismən işləyə bilər. Çünki proksi proqramlar buna imkam verməz. Təcrübə göstərir ki, vaxtilə tvitter və youtubla Türkiyə belə addımları atdığı zaman istifadəçilərin sayı artmışdı. Yəni, bu effektiv bir metod deyil».
Contact.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.