Vurğun Əyyubun Müsavat Partiyası sıralarından xaric edilməsi barədə qərar qəbul edilib

3-05-2015, 23:57           
Vurğun Əyyubun Müsavat Partiyası sıralarından xaric edilməsi barədə qərar qəbul edilib
Müsavat Partiyasının yerli təşkilatı Vurğun Əyyubun təşkilatın sıralarından xaric edilməsi barədə qərar qəbul edib.


Müsavat Partiyasının Divan üzvü və Binəqədi rayon təşkilatının keçmiş sədri Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, bu gün partiyanın Binəqədi rayon təşkilatının 8 saylı mikrorayon A özəyinin toplanısı keçirilib.

N. Kərimli deyib ki, toplantıda Vurğun Əyyubun özəyin iclaslarına qatılmadığı müzakirə olunub: “O, özəyin iclaslarına qatılmaqla bağlı çağırışlara məhəl qoymayıb, qərarlara tabe olmayıb, üzvlük haqqını ödəməyib. Buna görə də özək təşkilatı onun partiyadan xaric edilməsi ilə bağlı qərar qəbul edib”.

N. Kərimli onu da bildirib ki, qərar Müsavat Partiyasının rəhbərliyi tərəfindən baxılıb, təsdiq olunmalıdır.

Müsavat Partiyasının rəhbər orqanlarında təmsil olunanlar isə bu barədə danışmaq istəməyiblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.