Astarada məşəl biabırçılığı

4-05-2015, 00:33           
Astarada məşəl biabırçılığı
Qarşılama mərasiminə qatılmaq istəməyən müəllimlər bunun üçün 5 manat ödəyiblər

Azərbaycan ciddi şəkildə Avropa Yay Oyunlarına hazırlaşır və bununla əlaqədar artıq Bakıda yandırılan məşəlin bütün ölkəni gəzdirilməsinə start verilib. JAM.AZ xəbər verir ki, Bakıdan sonra Naxçıvan, oradan Lənkəran və Lerikə gətirilən məşəl bu gün Masallıya göndəriləcək.

Dünən Astarada məşəli qəbul etmə törənində isə bir sıra biabırçılıqlar yaşanıb. JAM.AZ-a verilən məlumata görə, təşkilatçılıq səviyyəsi xeyli aşağı olan bu mərasimin ən eybəcər tərəfi isə müəllimlərdən tədbirə qatılmadıqları üçün pul alınması olub. Məlumatda deyilir ki, qarşılama mərasiminə qatılmayan və ya qatıla bilməyən müəllimlər bunun üçün 5 manat ödəyiblər. Və bir çoxları da təhkim edilmiş məmurlara zəng edərək, pul müqabilində adının kitabçada «gəlib» kimi qeyd edilməsini istəyiblər.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.

Xatırladaq ki, məşəlin gəzdirilməsini pula çevirən rayonlardan biri də Masallıdır. JAM.AZ xəbər verir ki, artıq rayonda məşəllə bağlı keçiriləcək konsertdə iştirak məcburi sayılıb və konsertə biletlər isə yenə məcburi qaydada 2 manatdan satılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.