Mustafa Kamal Atatürk: "... bir türk əsgəri bütün dünyaya əvəzdir."- Allahverdi Bağırovun şəhidlik günü...

12-06-2021, 11:15           
Mustafa Kamal Atatürk: "... bir türk əsgəri bütün dünyaya əvəzdir."- Allahverdi Bağırovun şəhidlik günü...
Teref.az yazır ki,bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, Allahverdi Bağırovun şəhid olduğu gündür
O, indi azad olunmuş Ağdamda anadan olub... Yeddi qız övladından sonra dünyaya gəldiyindən ailəsi onu Allahın payı sanıb, adını Allahverdi qoymuşdular. Deyilənə görə o, elə gənc yaşlarından cəsarətli, qorxmaz, sözübütöv, haqsızlığa dözməyən, davakar olub...Və bütün bunlar sonralar onu Vətən və onun daşı kimi formalaşmasında böyük rol oynadı.
...Əsgər kimi, döyüşçü kimi, komandir kimi, Milli Qəhrəman kimi, dostvə qardaş kimi Allahverdinin haqqı bəlkə də bütün haqlardan üstündür...Allahverdinin cəsarətindən, qorxmazlığından nə qədər desən, danışmaq da olar, yazmaq da. Birdimi, beşdimi, yüzdümü, mindimi? 46 illilk ömrünün hər günü, hər anı onun cəsarətinin, qorxmazlığının, sücaətinin, kişiliyinin ömür salnaməsidir.

...Deyirlər əsl qeyrətli oğullar vətənin dar günündə sınağa çəkilərlər. 1988-ci ildə çörəyimizi yeyib, suyumuzu içən mənfur ermənilər doğma Qarabağımıza namərdcəsinə göz dikən gündən ilk ayağa qalxan Aliahverdi və Eldar qardaşları oldu. Dövlətin xəbəri olmadan Əsgəranla Ağdam arasında keşikçi postu yaradılanda ora könüllü olaraq ilk dəfə gedən Eldar Bağırov oldu, sonra ermənilərlə həmsərhəd bütün kəndlərdə postlar yaradıldı. İlk könüllü batolyon yaradanlaran biri oldular...Yüzlərlə könüllünün hər biri isə gecələr keşik çəkdi. Sonra isə qanlı Xocalı faciəsi...Bu faciə sanki onu sındırdı...Bacardığı isə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etməsi oldu...Bəli “Allahverdi siyasət yolunu yox, vətən sevgisini özünə amal seçmişdi”.
Deyirlər bir gün Mustafa Kamal Paşa öz ordusu ilə gedirmiş. Bir kənddə görür ki, ixtiyar bir qoca kərpicdən ev tikir və üstünə belə yazır: “Bir türk əsgəri on əcnəbi əsgərindən üstündür”. Paşa soruşur:
- Baba, onu harda görmüsən?
İxtiyar qoca cavab verir:
- Mən Çanaqqala savaşında görmüşəm ki, bir türk əsgəri on əcnəbi əsgərindən üstündür.
Mustafa Kamal deyir:
- Baba, yaz ki, bir türk əsgəri bütün dünyaya əvəzdir.
Söz qocanın xoşuna gəlir və belə də yazır.
Atatürkün dediyi belə türk əsgərlərindən biri də Allahverdi Bağırov idi.
O, 46 illik ömrünü kişi kimi, mərd yaşadı. Heç kəsə əyilmədi. O, müharibədə bir ordunun görə bilmədiyi işi gördü
Allah rəhmət eləsin...Ruhu şad olsun!
Sözardı: gələcəkdə Allahverdinin məzarı şəkildəki kimi olacaq.

Baba Allahnezerov













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.