Azərbaycan «əlillik meyarlarını» İsveçrədən deyil, Ermənistandan «kalka» edib

13-06-2021, 11:50           
Azərbaycan «əlillik meyarlarını» İsveçrədən deyil, Ermənistandan «kalka» edib
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin «yenilikçi» və sosial sahəni gülüş hədəfinə çevirən komandasının sosial meyarları haradan götürməsi barədə onlarla dövlətin bu istiqamətdəki sosial strategiyalarını və hüquqi bazalarını araşdırdıq. Rusiya, İsveçrə, Türkiyə, Almaniya, İngiltərə, Fransa və digər ölkələrdə bu meyarlar barədə məlumatlar vermişik. Kimlərsə məqsədli şəkildə bu «İsveçrə nağılını» uyduraraq, diqqəti hədəfdən yayındırmağa çalışdığı aydın oldu. Hazırlanıb parlamentə təqdim olunan qanun layihəsinin İsveçrə ilə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Bu söz yığını Ermənistandan götürülüb, onun əks və pis variantı kimi hazırlanıb. Artıq bu işdə iştirak edənlərin işini aidiyyatlı qurumlar araşdırıb qərar verməlidirlər.

İndi isə İsveçrədə əlillərlə bağlı məlumatları diqqətinizə çatdırırıq.


İsveçrədə ümumi 8,5 milyon əhalinin, təxminən 1,7 milyon nəfəri əlildir. Yəni səhiyyəsi yüksək səviyyədə olan bir ölkə əhalisinin 20%-i əlildir. Bunlardan 27% -i “ağır dərəcəli əlil” hesab edilə bilər. Bu cür xəstələr ixtisaslaşmış tibb müəssisələrində yaşayırlar, çünki müstəqil və tam baxımsız olaraq tək bir evdə yaşaya bilmirlər.


İsveçrə Əmək Birliyinin Hüquq Xidmətinin rəsmi məlumatını sizlərə təqdim edirik:


Əlillik Sığortası (IV) -Təqaüd


Əlillik sığortası (IV) — təqaüd yalnız daimi və ya uzunmüddətli fasiləsiz ən azı 40% iş qabiliyyəti olmadıqda verilir. Əlillik sığortası (IV) — pensiya hüququ bir illik gözləmə müddəti bitdikdən sonra başlayır. Təqaüdün miqdarı, xüsusilə sığorta ödəmə müddətindən asılıdır. Hazırda bu ödəmələr 264 İsveçrə frankı ilə 2210 İsveçrə frankı arasındadır.


Təqaüddən öncə yenidən bərpa proqramı


Əlillik sığortası (IV) əvvəlcə uyğunluq tədbirlərini həyata keçirir.


Sığortalılar sağlamlıq vəziyyətinə uyğun bütün tədbirləri iş həyatına inteqrasiyanı təmin etmək üçün fəal şəkildə dəstəkləmək məcburiyyətindədir. Gözlənilən uyğunlaşma tədbirlərinə görə işləmə vəziyyəti bərpa edilə, verilə və ya düzəldilə bilmirsə, pensiya hüququ araşdırılır.


Təqaüd hesabatı


Əlillik sığortası (IV) hüquqları yaşayış kantonunun əlillik sığortası (IV) şöbəsinə əvvəlcədən bildirilməlidir. Gec bir tətbiq xidmət itkisi riski yarada bilər. Təqaüdlər ilkin müraciətdən 6 ay sonra verilir.

DİQQƏT!!!


Bir şəxs 30 gün fasiləsiz işləyə bilmirsə və ya ildə bir neçə dəfə işə gedə bilmirsə, işəgötürənlər, müalicə edən həkimlər, işsizlik sığortası, tibbi sığorta müəssisəsi, qəza sığortası, pensiya fondu, sosial orqanlar və s. və ya qohumları bu şəxsi əlillik sığortası (IV) şöbələrinə dəvət edirlər. Bildiriş şöbəsi əvvəlcədən nəzərdə tutulan metod barədə maraqlı şəxsləri məlumatlandırmağa borcludur.
Əgər aylıqlar yetərli deyilsə?


Əslində, əlillik sığortası (IV) pensiya və peşə yardımı üçün gündəlik müavinətlər (BVG) əlil bir insanın yaşayış ehtiyaclarını tam ödəməlidir.


Bu müavinətlər yetərli deyilsə və başqa gəlir yoxdursa, əlavə müavinətlər tələb oluna bilər. Əlavə müavinətlərin qanuni hüququ proseduru var, əlavə müavinətlər qayğı müavinətləri deyil.


Kantonunuzun AHV filialında və ya kantonal əvəzləşdirmə fondunda rəsmi bildiriş forması ilə əlillik sığortası (IV) olan əlavə müavinətlər üçün müraciət edin.


Əlillik təzminatı


Geyinmək, ayağa qalxmaq, oturmaq, yemək yemə, yuyunma kimi gündəlik işlərini kim icra edir? Belə hallarda başqalarının köməyinə ehtiyac olarsa, IV üçün bu <> deməkdir və ehtiyaclı bir təzminat ala bilər. Xüsusilə, ehtiyacı olan şəxsin qayğısının baha başa gəldiyi və ya nəzarətə ehtiyacı olduğu nəzərə alınır. Ehtiyac ölçüsünə görə üç şiddət səviyyəsinə — yüngül, orta və şiddətə bölünür. Yaşayış kantonunuzun əlillik sığortası (IV) ofisinə müraciət edin.

DİQQƏT!
Qeyri-müəyyən hallarda, məsələn, İsveçrə Əmək Birliyinin Hüquq Xidməti əlillərin uyğunlaşdırılması üçün əlverişli şərtlərlə xidmətinizdədir.

(Bizdə isə ərizə ilə etdiyin müraciətə bu komanda cavab verməyəcək dərəcədə özündən müştəbehlik edir…)


Gördüyünüz kimi İsveçrədə yalnız 40% — dən söhbət gedir və bu ağır dərəcə sayılır.



İndi Ermənistanın 5 may 2021-ci il qəbul etdiyi dəyişiklikləri diqqətinizə çatdırırıq.


Ermənistan parlamenti hökumətin «Əlillərin hüquqları haqqında», «Şəxsiyyətin funksional imkanlarının qiymətləndirilməsi haqqında» və bir sıra əlaqəli qanunlar barədə təklif etdiyi qanun layihələri paketini ikinci oxunuşda qəbul etdi. 86 millət vəkili bu layihəyə səs verdi, 1 millət vəkili bitərəf qaldı.

Birinci oxunuşda o zaman əmək və sosial işlər naziri olan Mesrop Arakelyan qanun layihələrinin məqsədinin əlillərin ictimai həyatın bütün sahələrində iştirakı üçün bərabər imkanlar və əlçatan şərait yaratmaq, ayrı-seçkilik təzahürlərini aradan qaldırmaq və ehtiyaclara uyğun olaraq müvafiq ünvanlı xidmətlər göstərmək olduğunu bildirmişdi:


«Funksional qiymətləndirməyə keçid əlilliklə bağlı ideologiyadakı dəyişiklikdən qaynaqlanır, sağlamlıq problemlərini əngəlləyə və ya aradan qaldırmağa kömək edə biləcək ətraf mühit faktorlarına əhəmiyyətli bir yer ayrır».


Arakelyanın izahatına görə, bir insanın funksional imkanlarını qiymətləndirmək nəticəsində bir şəxsin əlilliyi onun məhdud funksional imkanlarının səviyyəsi ilə müəyyən edilir. Beləliklə, bir insanın ehtiyaclarına dair hərtərəfli bir qiymətləndirmə aparmaq, eyni zamanda ekoloji amillərin fəaliyyətinə təsirini nəzərə alaraq bir insanın funksional imkanlarının məhdudlaşma dərəcəsinə görə əlilliyi nəzərə almaq mümkün olacaqdır.


Tibbi və sosial təcrübə sistemindən bir insanın funksionallığını qiymətləndirmə sisteminə keçmək planlaşdırılır. Bir şəxsin funksionallığının qiymətləndirilməsi nəticəsində, əlilliyi olan bir şəxs kimi tanınıb-tanımamasından asılı olmayaraq, onun funksionallığının məhdudluq dərəcəsi müəyyən edilir — birinci, ikinci, üçüncü qrup əvəzinə, yüngül, orta, ağır və dərin.


Layihələr paketi uzunmüddətli əlil sayılan şəxsin fiziki, əqli, zehni və ya duyğu problemləri, ətraf mühitdəki maneələr nəticəsində bərabər şəkildə ictimai həyatda tam və effektiv iştirak etməsinə məhdudiyyət yarada bilən səbəblər araşdırılır.


Hələ bir əlillik qrupu və bununla əlaqəli müavinətlərin miqdarı təyin edilməyən hərbi qulluqçular bu müvəqqəti müavinəti ala biləcəklər.
Bu günkü qərarla, altı aya qədər bir müddətə (əlillik qrupunun təyin ediləcəyi vaxt ərzində) ayda 100 min dramdan 300 min drama qədər (təxminən 600 dollar) artırılıb. Nazirlər Kabinetinin qərarı yalnız hərbi qulluqçulara deyil, onlara bərabər tutulan şəxslərə də (ehtiyatda olanlar və könüllülər) aiddir.

Bundan sonra, həm də hərbi qulluqçuların Həyat və Sağlamlıq Sığortası Fondundan daimi ödəmələr almağa başlayacaqlar.
Xatırladaq ki, itkin düşən və ölən əsgərlərin ailələrinə də fonddan dəstək verilir. Qalıcı ödəmələr təyin edilməzdən əvvəl müvəqqəti ödənişlər də alırlar.


Aysor.am 02.06.2016. Hərbi qulluqçulara və könüllülərə hərbi xidmət zamanı aldığı xəsarətlərə görə hərbi əlillik pensiyası ödənilir. Ermənistanın əmək və sosial məsələlər naziri Artem Asatryan bu gün hökumət iclasından sonra jurnalistlərə açıqlama verib.
Təqaüdlərin təyin ediləcək əlillik qrupu üçün əlavə ödəniş də alacaqlarını qeyd edib. «Bu əlavələrin məbləği I qrup əlillər üçün ayda 55 min dram (102 dollar), II qrup əlillər üçün 48,000 (89 dollar) və III qrup əlillər üçün 36,000 (66 dollar) dram olacaq» deyə nazir bildirmişdi.


Onun sözlərinə görə, hərbi xidmət zamanı əlil olan şəxslər üçün əlavə güzəştlər və imtiyazlar da müəyyən edilir. «Təqaüdlərə əlavə olaraq, onlara 1-ci qrup əlilliyi üçün 19 min dram (35 dollar), 2-ci qrup əlilliyi üçün 17,000 və 3-cü qrup əlilliyi üçün 15,000 dram məbləği veriləcək» — Asatryan deyib.


Nazir bütün bu imtiyaz və güzəştlərin, dörd günlük aprel müharibəsi zamanı könüllü olaraq sərhədə gedən və istənilən kateqoriyaya cavab verən şəxslərə də aid olduğunu qeyd etmişdi.

Tovuz hadisələri zamanı Əsgər Sığorta Fondu bildirmişdi ki, bu günlərdə Ermənistanın müdafiəsi zamanı ölən və ya əlil olmuş hərbçilərə, onların ailə üzvlərinə aşağıdakı məbləğlərdə kompensasiya ödəniləcəkdir.


— Ölən və ya birinci dərəcəli əlilliyi olan zabitlər — 82 milyon AMD (təxminən 170.000 ABŞ dolları), onlardan 10 milyon AMD (təxminən 20.000 USD) birdəfəlik ödənir, qalan hissə isə 20 il ərzində bərabər hissələrlə aylıq ödəniləcəkdir .

— Birinci dərəcəli əlilliyi olan və ya ölən və aşağı vəzifəli zabitlər — 70 milyon AMD (təxminən 145.000 ABŞ dolları), bunlardan 10 milyon AMD birdəfəlik (20 min USD), qalanı 20 il bərabər aylıq hissələrlə ödəniləcəkdir.
— Öldürülmüş və ya birinci dərəcəli əlilliyi olan kiçik zabitlər; çağırışçılar — 58 milyon (təxminən 120.000 ABŞ dolları), bunlardan 10 milyon dram birdəfəlik ödəmələr, qalanları — 20 il bərabər aylıq hissələrlə ödəmə.


— İkinci dərəcəli əlillər olan məmurlar — 53 milyon AMD (təqribən 110.000 ABŞ dolları), bunlardan 5 milyon AMD birdəfəlik ödəmələr (10.000 USD), qalanları — 20 il bərabər hissələrlə aylıq ödənişlərdir.

— İkinci dərəcəli əlilliyi olan unter zabitlər — 41 milyon AMD (təqribən 85 min ABŞ dolları), bunlardan 5 milyon AMD birdəfəlik ödəmələr, qalanları isə 20 il bərabər aylıq ödənişlərlə.


— ikinci dərəcəli əlillik almış kiçik zabitlər — çağırışçılar — 29 milyon AMD (60 min ABŞ dolları), bunlardan 5 milyon AMD birdəfəlik ödəmələr, qalanları isə 20 il bərabər aylıq ödənişlərlə ödəniləcək.

Qeyd edək ki, istehsalat qəzaları və peşə xəstəlikləri ilə bağlı orqanizmin funksiyalarının 10-31 faiz itirilməsinə görə (bunu da Ermənistandan öyrəndilər, müavinətsiz əlillik) də əlillik müəyyən ediləcək.


Qanun qəbul edildikdən sonra 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.


İndi isə bizim «isveçrəlilərin» Ermənistandan əxz etdikləri qanunları şərh etmədən diqqətinizə çatdırırıq.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkədə əlillik təyinatı sistemində ilk dəfə olaraq köklü dəyişikliklərin edilməsini, əlilliyin mütərəqqi dünya təcrübəsinə uyğun daha təkmil qiymətləndirilməsini hədəfləyən yeni «Əlilliyin müəyyən olunması meyarları» ilə əlaqədar hazırlanmış qanunvericilik layihələrinin paketi artıq Milli Məclisə təqdim edilib.


Nazirlikdən verilən məlumata görə, gələn ildən tətbiqi nəzərdə tutulan yeni meyarlarla əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq:


Yəni,
I dərəcə — orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi;
II dərəcə — orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi;
III dərəcə — orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi kimi müəyyən ediləcək. Həmçinin sağlamlıq imkanları məhdudluq da bu əsasda təyin olunacaq.


Əlilliyin qiymətləndirilməsi şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə aparılacaq”.

Rəsmi məlumata görə, qüvvədə olan 94 normativ hüquqi akt bu dəyişikliklərə uyğunlaşdırılacaq:


“O cümlədən «sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar» sözləri «18 yaşınadək əlilliyi olan şəxslər» sözləri ilə əvəzlənəcək. Geridönməz halları olan uşaqlara əlillik 18 yaşa qədər deyil, müddətsiz təyin ediləcək.

Yeni «Əlilliyin müəyyən olunması meyarları»nın hazırlanmasında əsas məqsəd əlillik təyinatlarında həssas və obyektiv yanaşmanın, ünvanlılıq və sosial ədalətin təmin edilməsidir. Bu meyarlar eyni zamanda, əlillik təyinatı sahəsində qabaqcıl beynəlxalq standartların tətbiqinə, xidmətin keyfiyyətinin və vətəndaş məmnunluğunun yüksəldilməsinə, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına xidmət edir”.


Dəyişikliyə əsasən, “I dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə (bu ölü deməkdir) əlilliyi müəyyən edilmiş şəxslər”, “II dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 61-80 faiz itirilməsinə görə (bu ölməkdə olan adam deməkdir) əlilliyi müəyyən edilmiş şəxslər”, “III dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 31-60 faiz itirilməsinə görə (bu yarımcan deməkdir) əlilliyi müəyyən edilmiş şəxslər” anlayışı ilə əvəzlənir.

Belə yerdə deyiblər ki, «cidanı çuvalda gizləmək olmaz». Özünüz müqayisə edin və qərar verin. Araşdırma Qrupumuz əldə etdiyi digər faktları da yaxın günlərdə yayınlayacaq…


Fedai.az Araşdırma Qrupu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.