Prezident şəhid jurnalistlərlə bağlı SƏRƏNCAM imzaladı

14-06-2021, 14:59           
Prezident şəhid jurnalistlərlə bağlı SƏRƏNCAM imzaladı
Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində vəzifə borcunu yerinə yetirərkən şəhid olan jurnalistlər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən həlak olmuş aşağıdakı şəxslər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin:

Abışov Sirac Abış oğlu,

Əliyev Arif Ağalar oğlu,

İbrahimov Məhərrəm Əli oğlu”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru