ETSN-indən operativ reaksiya: Qanunsuz tikinti işləri aparan şəxs cəzalandırılıb.. MÖVQE
1-07-2021, 19:32

Teref.az xəbər verir ki, səhifəmizdə "Bakıda ekoloji terror: ETSN - nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin görüb göz yumduğu qanunsuzluqlar VİDEO" başlığı altında dərc edilmiş tənqidi yazıya ETSN-indən operativ reakasiya göstərərk cavab veriblər.
Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin regional idarəsinin rəisi Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin regional idarəsinin rəisi Ramal Bağırovun saytımızın poçtuna göndərdiyi cavabda yazılır:
Bakı-Sumqayıt yolunun 8-ci kilometrliyində qanunsuz tikinti işlərinin aparılması ilə bağlı daxil olan şikayət Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin regional idarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı sözügedən ərazidə 0.19 hektar torpaq sahəsinin vətəndaş Elvin Hüseynovun xüsusi mülkiyyətinə verildiyi və tikinti işlərinin ekoloji ekspertiza rəyi olmadan aparıldığı aşkar edilib.
“Faktla bağlı E.Hüseynov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin 275.1.1 maddəsinə əsasən fiziki şəxs qismində cərimə olunub və tikintiyə icazə sənədinin alınması üçün ona məcburi göstəriş verilib.
Məcburi göstərişin icra vəziyyəti yoxlanılan zaman tələblərə əməl etmədiyi üçün E.Hüseynov növbəti dəfə cərimə edilib və tikintinin dayandırılması üçün Abşeron Rayon İcra Hakimiyyətinə və Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunub”.