KIVDF və MEDIA fərqi... ... və ya bir müsabiqənin ortaya çıxardığı hikkə, xaos, eqoizm... MÖVQE

2-07-2021, 10:36           
KIVDF və MEDIA  fərqi... ...
Nə KIVDF, nə MEDIA müdafiəçisiyəm. Amma bu ikisi arasında fərqləri yazmağı lazım bilirəm.
KIVDF pul yeyirdi, MEDIA hələ ki, əməlli maliyə tapa bilmir...
KIVDF tikinti materialı oğurlayırdı, bina sakinlərinin ödədiyi kommunal xərcləri yeyirdi. MEDIA Prezidentin jurnalistlərə tikdirdiyi üçüncü binanı bəzi qurumlardan rüşvətsiz və ya şapka vermədən təhvil ala bilmir, ciddi inşaat qüsurları varmış binada...Sual olunur əvvəlki iki bina çoxmu mükəmməldir? Məsələn, soyuq su xətti üçün nəzərdə tutulan borunu, isti su üçün də qoymaq inşaat qaydalarına çoxmu uyarlıdır?
KIVDF bir qrupa ağalıq edirdi, MEDIA dostluq təklif edir hamıya...
KIVDF oleqarx, özündən razı, yekəxanalar yetişdirdi, MEDIA deyir ki, g əlin hamımız tən olaq, sadəcə münasibətlərdə ierarxiyanı qoruyaq...
KIVDF bir qrup formalaşdırmışdı, hər yerdə, hətta xarici səfərlərdə baş idilər. Gənc əməkdaşları doqqazı tanımırdı. MEDIA deyir ki, qanuni maaş ver hər kəsə, minimal məbləğ 600 manat olsun...
KIVDF jurnalistin hüquqlarını məhdudlaşdırırdı, MEDIA yeni təklifli qanun layihəsi işləyib...
KIVDF beş verib on yazırdı, MEDIA deyir ki, oğru olmayaq...
KIVDF-nin qapısına hamı əlidolu gedirdi, MEDIA deyir ki, ümumi işə güc sərf edin, başqa nəyəsə ehtiyac yoxdur...
KIVDF bir adamı saymırdı, hamı da dalıyc söyürdü, istisnasız, MEDIA hamını qəbul edir, dinləyir, tanış olur...
KIVDF peşəkarları iflic edirdi, MEDIA məsələn, SPACE TV-nin köhnə heyətinin demək olar doxsanların media adamlarının geridönüşünə maneə yaratmadı. Üstəlik özü Rüstəmə, Natiqə qucaq açıb. Hələ seminarlrındakı iştirakçıları, Əvəzi, Şöhrəti, Ceyhunu, Ləmanı və sairləri demirəm.Hamısı üzə çıxarılıb. Bu adların peşəkarlığına şübhə edən varsa, adamlıqları şübhə altındadır...
KIVDF bir qrupla hər işi görürdü, pis, ya yaxşı bunu zaman göstərəcək, MEDIA dəstək verəcəyi KIV-lərin siyahısını bir qədər yeniləyib. Bunu ciddi qıcıq yaratması düzü normal hal deyil.
Hələ çox söz yazmaq olar. Məsələn, KIVDF-nin müsabiqələri və eyni qalibləri də yaddaşlardadır yəqin.
Bu arada MEDIA üçün ideal qurumdur demirəm, işləməsi mümkündür deyirəm. Islahata gəlincə minimum üç ildən sonra nəticə ola bilər. Oda əgər PA-da media sektoru ilə bağlı posta təyinat baş tutsa. Çünki bir üst rəhbər olmayana qədər sektorda xaos və MEDIA-nın özünə belə hücumlar səngiməyəcək.
Bəlkə o təyinat baş tutarsa sektorda ola-ola sayılmayan digər kadrlar da üzə çıxarılar.
Məsələn, tərəfsiz, və qərəzsi bizim kimi media adamları da bir layihə olar. Hələ başqa ümidlərim də var...
...Ümid edirəm Mətbuat gününə nəzərdə tutulan fəxri adlar, fəxri mükafatlar, yeni mənzillər də vicdanla bölünər...
Ümid edirəm Həsən bəy Zərdabinin qəbirüstü abidəsinin yenilənməsi məsələsi qaldırılar. Hətta təklifim də var. Araba ilə Türkiyəyə şirift dalıyca gedən ədibin elə bu cür abidə-kompleksi qurula bilər məzarı üstündə...
***
Bu arada MEDIA-nın müsabiqə siyahısında adını gördüyüm hər kəsə uğur diləyirəm. Vicdan hissinizi pul üstələməsin. Hikkəsiz yazın, heç nəyi fərdiləşdirməyin. Hətta haqsızlığın ən böyüyünə rast gələndə də adil olun, əziz həmkarlar. Bu gün sizi bəyənməyənlərin hər birini zamanında heç kim saya salmayıb, bəyənməyib, dışlayıb. Odur ki, yola davam, həyat və mübarizə elə budur...
Jalə Mütəllimova
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.