"xarici ölkə səfirlərinin Şuşaya səfərinə pulemyot və avtomatlardan atəş açmaqla “cavab” verdilər"- Elxan Şahinoğlu

14-07-2021, 11:11           
"xarici ölkə səfirlərinin Şuşaya səfərinə pulemyot və avtomatlardan atəş açmaqla “cavab” verdilər"- Elxan Şahinoğlu
Qarabağdakı əli silahlı erməni separatçıları əvvəlcə Ağdama doğru ona görə atəş açdılar ki, bizə “yenidənqurma işlərinizə mane olacağıq” demək istədilər. İndi isə xarici ölkə səfirlərinin Şuşaya səfərinə pulemyot və avtomatlardan atəş açmaqla “cavab” verdilər.
Erməni separatçılarının sağa-sola atəş açmaları Qarabağdakı Rusiya hərbçilərini narahat etmir, özləri şərait yaradırlar və Moskva Bakının izahat tələblərini qulaqardına vurur. Burası aydındır.
Biz bu vəziyyətdə nə etməliyik? Əsas sual budur. Müharibədə qələbə çalmışıq, ancaq bu təxribatların davamı göstərir ki, münaqişə hələ bitməyib.
Münaqişə o zaman bitəcək ki,
1) Azərbaycan hərbçiləri ilkin mərhələdə Şuşanın kəndlərinə və Xocalıya daxil olacaqlar;
2) Qarabağdakı erməni separatçıları tərksilah olacaqlar;
3) Qarabağın tamamı Azərbaycan Konstitusiyasına və qanunlarına tabe olacaq;
4) Laçın dəhlizi başda olmaqla Ermənistanla sərhəd tam nəzarət altına alınacaq.
Bunları həyata keçirmədən münaqişənin arxada qaldığını söyləmək erkəndir.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.