Patısı gedər , kakosu gələr Coratın...
19-07-2021, 10:26

Kimi patı iynəyir...
Kimi patını artıq damara vurur...
Kimi arıqlamaq üçün patı iynəyir...
Bütün hallarda, narkotik aslılığı olan adam sayılır hamısı. Bütün hallarda ömürlərini qısaldırlar. Bütün halda faciəli son yaşayırlar, uzağı iki ilə...
Deyim biləsiniz, aralarında xalq artisti də var, sıravi vətəndaş da... Hələ desəniz məhşur şairi, söz ustaları da...
Indi təzə dəb çıxıb. Patısına, kakos qatanlar zühur edib. Harda soran varsa, deyim bilin, Sumqayıtda, Coratda. Bəlli səbəbdən Sumqayıtın az qala "başkəndidi" indi Corat. Bəlli yerlərində, qapılarında əlində pul patı, kakos üçün növbəyə durublar adamlar. Bəzən əməliiyat da keçirir orada kimlərsə. Maraqlı olanı bu ki, kilo ilə saxlayanı yox, iki-üç qram zəhər alanı basırlar, gedir içəri. Əslində onları da qınamıram. Azərbaycan tranzit ölkədir. Burda kimin biznesinə mane olsan hardansa səsi çıxacaq. Amma gənclərin də gözünü qorxutmaq lazımdır ki, çəkinsinlər, bu qədər kütləviləşməsin, yayılmasın patı, kakos aludəçiləri. Amma hələlik effekti yoxdur. Hücuma məişət problemləri ilə keçildiyi isə aşkar ehtiyatlılıq göstəricisidir.
Az qala unutmuşdum, bəlkə soran olar ki, yaxşı, bəs bu kakos nəmənədir?
Onu da deyim biləsiniz, heroinin "otxoduna" kakos deyirlər. Deyilənə görə onu əvvəllər heç vaxt satmayıblar. Ölümcül kimyəvi, psixotrop maddə, zəhər kimi atıblar kənara. Indi isə heroinə pulu çatmayanları, kakosa oturdurlar. Çünki dəhşətli uyuşdurucudur. Heroindən qorxuludur təsiri. Indi az qala bazarın "gözüdür". Ən dəhşətlisi bu maddəni istifadə edənlər, özlərindən asılı olmayaraq psixi qüsurlu insan kimi davranır. Məsələn, kiməsə fiziki işkəncə verməkdən zövq alırlar. Bu günlərdə belə hərəkətlər edən bir neçə şəxs həbs edilib.
Öyrənə bildiyim qədəri ilə məsələn, təmiz heroin istifadəçisi iyirimi ildən sonra zərərini görürsə, kakos istifadəçisi bu zərəri bir ilə görür. Hələ patı ilə kakosu qarışdıran daha tez faciələr yaşayır. Bədəndə böyük, qanlı, çirkli yaralar əmələ gəlir və heç bir formada müalicə olunmur. Cəmi bir maddə, patı və kakosun qarışığı ilə damara iynə vurulduğunda sakitləşir ağrılar, o da az bir zamanda.
Bu günlərdə diqqətimi çəkən başqa bir məqam da var. Ölkədə narkotiklə mübarizə işinə yuxarıda da qeyd etdiyim kimi, məişət problemləri üzərindən yürüyürlər. Daha da dəqiqləşdirsək, "ailələr" üzərindən. Bu əslində pis taktika sayılmır. Və əslində vəziyyətin son dərəcə ciddiliyinə dəlalət edir. Yəni müvafiq qurumlar belə, bəzi məqqmlarda çarəsizdir. Yenə ictimai rəyin, xalqın dəstəyi lazımdır. Ölkə indi də ağ ölümlə müharibəyə start verib. Narkotiklər dünyada ən gəlirli biznes sahələrindəndir. Odur ki, mövzuya toxunmaq həm də maraqlara və payı olanlara birbaşa, açıq-aşkar toxunmaq deməkdir. Nəinki yazar, dövlət də ehtiyatlı davranmağa məcburdur. Çünki elə içəridə, yəni Azərbaycanda da bu biznesin başında duranlar var. Indi gərəkdir, ayağı "vuralar" ki, baş da bir az silkələnsin, narahat olsun və tərpənsin. Bunu başqa cür də eləmək olar. Məsələn, Coratda bir reyd olsun. Qəsəbədən artıq normal ailələrin sayı əllə sayılır. Insanlar var evlərini satır. Və ya soyuq silahla yatır, gözləyir ki, grcə hanaısa pulsuz qalan narkoman evinə basqın edər. Barı ailəsini qoruya bilsin. Demək olar, az sayda evdə narkoman yoxdur. Bunu bir yazar görürsə, dövlətin müvafiq qurumları çoxdan görməlidir axı...
Siz hələ də patı deyirsinizmi cənablar?.. Gəlin fon da yaradaq, işdə görək. Axı bu mümkündür. Axı bu dövlət və xalq bu müvadiləyə dəyər. Nə deyirsiniz?!.
Jalə Mütəllimova
Teref.az