Azərbaycanın dövlət borcu: Vəziyyət təhlükəli həddə çatıb? - AÇIQLAMA

31-08-2021, 13:26           
Azərbaycanın dövlət borcu:
Azərbaycanın dövlət borcu: Vəziyyət təhlükəli həddə çatıb?
İyul ayına olan vəziyyətə görə, Gürcüstanın xarici dövlət borcu 8 milyard dollardan çoxdur ki, bu da iyun ayı ilə müqayisədə 14 milyon 48 min dollar azdır.

Bu barədə Maliyyə Nazirliyinin açıqladığı statistikada deyilir.
Ölkələrdən ən çox Gürcüstan Almaniyaya (811 milyon dollardan çox), Fransaya (657 milyon dollardan çox) və Rusiyaya (34 milyon dollardan çox) borcludur.

Gürcüstan Parlamenti 2020 -ci ilin noyabrında 2021 -ci ilin büdcəsini təsdiqləyib. Büdcə layihəsində borcun ümumi məbləğinin 5,3 milyard lari (1,6 milyard dollardan çox) artacağı və 32 milyard laridən çox olacağı (10 milyard dollardan çox - ÜDM -in 60,1% -i) planlaşdırılırıb. Hökumət, borcun artmasının koronavirus pandemiyasının nəticələrini aradan qaldırmaq üçün xərclərin artması ilə əlaqəli olduğunu bildirib.

Azərbaycanın dovlət borcuna gəldikdə isə rəsmi qurumlar azalmanın olduğunu desələr də mütəxəssislər bu borcun o qədər də az olmadığını deyirlər.
Bəs hazırda dövlət borcu ilə bağlı real vəziyyət necədir və Qarabagda quruculuq işləri bu borcu artıra bilərmi?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, Azərbaycan kredit borcunun hesablanma qaydalarında bəzi problemlər var:

“Maliyyə Nazirliyinin rəsmi məlumatına görə, bu günə qədər xərclənmiş və müqavilələri imzalanmış dövlət xətti ilə götürülmüş kreditlər dövlət borcu kimi qeydiyyata düşüblər ki, bu da təxminən 9 milyard dollar civarındadır.Azərbaycanda dövlət şirkətlərinin, o cümlədən SOCAR, AZAL, “Azərenerji”, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi kimi müxtəlif dövlət şirkətlərinin də kifayət qədər ciddi borclanma təhlükəsi var. Bütün bu kreditlər dövlət zəmanəti ilə götürülüb.

Ona görə də birinci növbədə Azərbaycanda kreditlərin hesablanma qaydalarına düzəlişlər edilməlidir. Bütün ictimaiyyətə açıq olmalıdır ki, Azərbaycanın dövlət zəmanəti və yaxud dövlət xətti ilə götürülmüş borcların həcmi nə qədərdir. Bəzi məlumatlara görə, dövlət şirkətlərinin borcu dövlətin götürduyü borc qədərdir. O da təqribən 9-10 milyard dollar civarındadır. Ümumilikdə isə 20 milyard dollar kredit borcunun olduğu bildirilir. Azərbaycan kritik hədd deyil. Çünki digər ölkələrə baxdıqda ÜDM-nin Azərbaycanda dövlət xətti ilə götürülmüş tək borcları hesablasaq 20 faizi, ümumi borcları hesablasaq 40 faizi civarındadır və bu təhlükəli bir rəqəm deyil. Ancaq təhlükəli olan tendensiyadır. Yəni son illər kreditlərin, borclanmanın həcmi getdikcə artır”.

Ekspertin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin bərpa olunması üçün həm Dünya Bankı, həm Asiya İnkişaf Bankı, həm də Avropa Yenidənqurma və İnkişaf Bankı ilə danışıqlar gedir:

“Müəyyən kredilər də artıq ayrılıb və bundan sonra da ayrılması mümkündür. Çox güman ki, işğaldan azad olunmuş torpaqların bərpasına əlavə kerdit resurslarına ehtiyac yaranacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.