“Həmişə polisimizə güvənmişəm...”-Qarabağ əlili nazirə təşəkkür etdi...

16-11-2021, 07:00           
“Həmişə polisimizə güvənmişəm...”-Qarabağ əlili nazirə təşəkkür etdi...
Xəbər verdiyimiz kimi Cəlilabad rayon Muğan kənd sakini, ikinci qrup Qarabağ əlili Qürbətov Bəxtiyar Verxuda oğlu bir neçə gün öncə saytımız vasitəsilə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət etmişdi. O, şikayəti zamanı bildirirdi ki, kənd sakini Şahbazov Rəşad Ədalət oğlu onun gündüz gözətçisi işlədiyi Muğan kənd orta məktəbinə gələrək işdən çıxaracağıyla hədələyir.

Bu müraciətdən sonra Qarabağ əlilinin problemi Cəlilabad Polis Şöbəsinin rəisi, polis polkovniki Polad Qarayev tərəfindən nəzarətə götürülüb və buna görə Bəxtiyar Qürbətov daxili işlər nazirinə öz minnətdarlığını bildirib:

“Hörmətli cənab nazir!
Mən sizə problemimlə bağlı nə vaxt müraciət etmişəmsə, bir Qarabağ əlili, vətəndaş kimi heç vaxt peşman olmamışam. Rəşad Şahbazovun məni iş yerimdə hədələməsiylə bağlı sizə müraciətimdən sonra Cəlilabad Polis Şöbəsinin polis rəisi, polis polkovniki Polad Qarayev məni öz xidməti otağında çox səmimi şəkildə qəbul etdi. İlk öncə səhhətimlə, dolanışığımla maraqlandı. Daha sonra isə Rəşad Şahbazovu da bölməyə dəvət etdi. P.Qarayev R.Şahbazova qəti şəkildə tapşırdı ki, bir də məni iş yerimdə narahat etməsin. Polad müəllim mənimlə çox səmimi söhbət etdi. Bundan sonra nə problemim olarsa, birbaşa yanına gəlməyimi tapşırdı.

Hörmətli cənab nazir!
Mən bu səmimiyyətə görə sizə özüm və ailəm adından təşəkkürümü bildirirəm. Mən həmişə polisimizə güvənmişəm. Polad müəllim də çox vətənpərvər insandır. O, Cəlilabad Polis Şöbəsinə rəis təyin olunan gündən həmişə icra başçısı hörmətli Rafiq Cəlilovla birlikdə şəhidlərimizin ailələrinə baş çəkir, onların problemləri ilə maraqlanır. Mən bir daha şahidi oldum ki, Azərbaycan polisi həmişə şəhidinin, qazisinin, onların ailələrinin arxasındadır. Çünki həm birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən savaşında bizim polislərimiz də mənfur düşmənə qarşı döyüşdü, şəhid oldu. Bu gün də Azərbaycan polisi işğaldan azad etdiyimiz torpaqlarımızda gecə-gündüz xidmət aparır. Eşq olsun Azərbaycan polisinə”.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru