Noyabrın 19-da Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus zolaqlarına daxil olaraq qaydaları pozan və özünü avtobusdakı insanlardan üstün görən avtomobillərin görüntülərini yayıb.
Publika.az xəbər verir ki, görüntülərdə Rəşid Behbudov küçəsində qaydaları pozan 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobil diqqəti xüsusilə cəlb edib.
Avtomobilin kimə məxsus olması, qiyməti və qaydaları pozması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.