Avtobusun yolunu kəsən “Maybach”ın sahibi bəlli oldu - FOTOLAR

21-11-2021, 12:25           
Avtobusun yolunu kəsən “Maybach”ın sahibi bəlli oldu - FOTOLAR
Noyabrın 19-da Bakı Nəqliyyat Agentliyinin (BNA) avtobus zolaqlarının tələbini pozan sürücülərlə bağlı yaydığı görüntülərdə 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobilin avtobusun yolunu kəsməsi ilə bağlı məlumat vermişdik.

Teref.az xəbər verir ki, qayda pozduğuna görə ictimai müzakirələrə səbəb olan avtomobilin kimə məxsus olması ilə bağlı jurnalist Samir Feyruzov paylaşım edib. O bildirib ki, 90 AA 013 dövlət nömrə nişanlı avtomobil “Bakı Klinikası”nın sahibi Aytən Quliyevaya məxsusdur:

"Klinikanın əsl sahibi isə AMEA-nın prezidenti Ramiz Mehdiyevdir". /Yeniavaz.com/














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru