Tələbə təhsil kreditləri ilə bağlı güzəştlərin detalları açıqlanıb

25-11-2021, 16:47           
Tələbə təhsil kreditləri ilə bağlı güzəştlərin detalları açıqlanıb
Tələbə təhsil kreditlərinin verilməsində faizlərin hesablanmasında və kreditin qaytarılmasında ediləcək güzəştlərin detalları açıqlanıb.

"Report" xəbər verir ki, təhsil nazirinin müavini İdris İsayev təhsilin nəticələrindən asılı olaraq güzəştlərin tətbiq olunacağını deyib.

Onun sözlərinə görə, kreditə görə faizlər müvafiq qaydada hesablanacaq.

Sosial TTK üzrə aşağıdakı güzəştlər tətbiq olunur:

- ÜOMG-si 71 bal və Yuxarı olan borcalana həmin tədris semestri üçün götürdüyü Kreditə görə faiz hesablanmır.

- Təhsilin normativ müddətində bütün tədris semestrlərində ümumi ortalama qiyməti (ÜOMG) 91 bal və Yuxarı olan (peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 və Yuxarı olan) borcalanın təhsilin normativ müddətində aldığı TTK-nın 50 faizi hissəsinin ödənişindən azad olunur.

Nazir müavini bildirib ki, standart TTK üzrə isə aşağıdakı güzəştlər tətbiq edilir: "ÜOMG-si 91 bal və Yuxarı olan borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faizlər hesablanmır. Təhsilin normativ müddətində bütün tədris semestr müddətində ÜOMG-si 91 bal və yuxarı olan borcalan təhsilin normativ müddətində aldığı TTK-nın 25 faizi hissəsinin ödənişindən azad olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru