“Azərbaycanda insanları Rusiyadan gətirilən protokol öldürür” - Həkimdən şok iddia

30-11-2021, 18:41           
“Azərbaycanda insanları Rusiyadan gətirilən protokol öldürür” - Həkimdən şok iddia
Azərbaycanda koronavirusa yoluxma hallarının sayı azalsa da, ölüm hallarında azalma qeydə alınmır.

Belə ki, ötən günün statistikasına görə, ölkədə (COVID-19) infeksiyasına 857 yeni yoluxma faktı qeydə alınıb, 1 091 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 586 640 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 552 815 nəfər müalicə olunaraq sağalıb, 7 833 nəfər vəfat edib. 25 992 nəfər aktiv xəstə sayını təşkil edib. Məlumdur ki, ölkədə peyvəndləmə kampaniyadı da sürətlə davam etdirilir. Yoluxma sayındakı azalmada vaksinasiyanın rolunun olduğu fikri də önə sürülür.

Maraqlıdır, yoluxma sayı aşağı düşdüyü halda virusdan ölənlərin sayı niyə azalmır?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov deyib ki, bunun səbəbi köhnə qayda ilə müalicələrin aparılmasıdır:

"Köhnə qayda ilə müalicə proseslərinin aparılması lazımi səviyyədə effekt vermədiyindən xəstələrdə ölüm hallarının sayı çoxalır. Müalicə üsulu köhnə formada aparılır. Rusiyadan gətirilən müalicə protokolu vardı. Hansı ki, o protokoldan heç Rusiyanın özündə istifadə etmirlər. Protokol Rusiyada istifadə edilməyib, bizdə istifadə olunursa, təbii ki, bu, ölüm hallarının sayını çoxaldacaq”.

Ekspert bildirib ki, vaksinlərlə bağlı da problem var:

“Statistikada kifayət qədər vaksinasiya olunan xəstələr var, amma həmin o peyvəndlənən xəstələrdə immunitet lazımı səviyyədə olmur. Vaksin olunmuş şəxslərin bəziləri də virus yoluxur. İndi üçüncü vaksinsiya davam etdirilir. Əgər üçüncü vaksinsiyada da eyni qaydada yoluxma halları olarsa, onda bir dəfəlik "SinoVac"dan qurtulmaq lazım gələcək".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.