ELÇİN QULİYEV HELİKOPTER QƏZASI İLƏ BAĞLI BRİFİNQ KEÇİRDİ - "Helikopter demək olar yenidir, qısa müddət öncə..." + VİDEREPORTAJ

30-11-2021, 20:59           
ELÇİN QULİYEV HELİKOPTER QƏZASI İLƏ BAĞLI BRİFİNQ KEÇİRDİ -
"Helikopterin pilotu ən yüksək səviyyədə ağır şəraitlərdə uçuşlarda təlimatlı olan pilotlarımızdan biridir. Uçuş imkanı və icazəsi olan pilotlarımızdan biridir. Polkovnik Füzuli Cavadov I Qarabağ müharibəsində də iştirak edib".

Bu fikirləri Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, helikopter demək olar yenidir və qısa müddət öncə təmir işləri aparılıb.

“Prezident İlham Əliyev tərəfindən hadisənin təfərrüatının daha da dəqiqləşdirilməsi, həlak olan şəhidlərimizin dəfn edilməsi, yaralıların müalicəsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib” - deyə, general-polkovnik Elçin Quliyev deyib.

Daha ətraflı videoreportajda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru