Laçının işğaldan azad edilməsindən bir il ötür

1-12-2021, 07:13           
Laçının işğaldan azad edilməsindən bir il ötür
Bu gün Laçın rayonunun Ermənistanın işğalından azad edilməsindən bir il keçir.

Oxu.Az xatırladır ki, Laçın rayonu 2020-ci ilin 10 noyabr bəyanatının müddəalarına əsasən, geri qaytarılıb.

Laçın rayonu Azərbaycanın ən böyük rayonlarından biridir, ərazisi 1800 kvadratkilometrdir.

Laçın rayonunun zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri bizim milli sərvətimizdir.

Prezident İlham Əliyev ötən il Laçının işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində deyib:

“Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaqdır. İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq. Əziz laçınlıları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, gözaydınlığı verirəm. Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb.

Əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaqdır. Həmçinin biz çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytaraq”.

Bu ilin avqustunda Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru