Bu şəxslərə verilən Prezident təqaüdü qaldırıldı

20-12-2021, 11:33           
Bu şəxslərə verilən Prezident təqaüdü qaldırıldı
Prezident İlham Əliyev “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli fərmanında dəyişiklik edib.

“Qafqazinfo” xəbər verir ki, fərmana əsasən, I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə verilən 50 manatlıq təqaüdün məbləği 80 manata qaldırılıb.

Bu Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru