Bu gün Ergenekondan çıxış\ Ulus\Novruz bayramıdır

20-03-2022, 08:15           
Bu gün Ergenekondan çıxış UlusNovruz bayramıdır
Bu gün Azərbaycan xalqı və Türk dünyasının ən sevimli bayramlarından biri olan Ergenekondan çıxış\ Ulus\Novruz bayramını qeyd edir.

Xalqımızın qədim adət-ənənələrindən olan bu bayram artıq üçüncü dəfədir Azərbaycanın işğaldan azad olunan ərazilərində də qeyd olunur. Ona görə də Azərbaycan xalqı ötən il olduğu kimi, bu il də Ergenekondan çıxış\ Ulus\Novruz bayramını qürur hissi ilə qarşılayır.

Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Ergenekondan çıxış\ Ulus\Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən Türk xalqının Ergenekondan çıxışını və Ulus qurmaq günü olan ilk bahar günüdür. Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.

Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Qədim zamanlarda bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat dörd ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.

Bu bayramın özünəməxsus adət-ənənələri də var: qurşaq atmaq və ya şallaq sallamaq, qulaq falına çıxmaq, tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, səməni xonçaları bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək, Novruz oyunları oynamaq (məsələn, ənzəli) və s.

Ergenekondan çıxış\ Ulus\Novruz bayramına dair inanclar: "Qapıya atılan qurşağı boş qaytarmazlar, "Gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu, arzunun yerinə yetəcəyinə işarədir", "Tonqaldan tullanarkən bu ifadə deyilir: "Ağrım səndə, uğurun məndə", "Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar", "Bayram günü ailənin sayı qədər şam yandırarlar" və s.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.