Sadə türklər müharibə haqda: “Putin Amerikanı sevmir, elə biz də…”

20-03-2022, 11:51           
Sadə türklər müharibə haqda: “Putin Amerikanı sevmir, elə biz də…”
Rusiya nəşri türklərin Rusiya-Ukrayna müharibəsi haqda nələr düşündüklərindən yazır

Rəsmi Ankaranın davam etməkdə olan Rusiya-Ukrayna müharibəsində mövqeyi bəllidir. Bəs, Türkiyədə sadə türklər bu konflikt haqda nə düşünürlər, dünyada bir rusiyafob xofu yaşandığı bu günlərdə ruslara münasibət necədir? Musavat.com xəbər verir ki, “Komsomolskaya pravda” qəzetinin müxbiri "Pegasus" aviaşirkətinin təyyarəsi ilə Türkiyəyə uçan son reyslərdən biri ilə qardaş ölkəyə gedib. Nəşrin əməkdaşı qeyd edir ki, Türkiyəyə təyyarə relsləri bir neçə günə tamamilə ləğv olunacaq. Çünki Ukraynanın səması və Rusiyanın cənubu mülki uçuşlar üçün bağlıdır. Təyyarə Moskvadan Türkiyəyə uçmaq üçün Baltikyanı ölkələri və bütün Avropanı keçərək nəhəng bir dövrə vurmalıdır…

“Mən Donetsk vilayətindənəm. Biz həmişəlik Türkiyəyə uçuruq, bir daha da qayıtmaq istəmirik. Sizcə, oranı bəyənəcəyik?”.Təyyaradə yanımda oturan İvan müharibədə gördüyü dəhşətlərdən titrəyən əllərini göstərərək soruşur” deyə, müxbir yazır. "Qısa müddətə bəyənəcəksən. İstidir, mənzərə gözəldir, yeməklər dadlıdır. Orada övladlarınız olacaq… Onlarla hansı dildə danışacaqsınız?” deyə, sual edirəm. Amma münaqişədən qaçanları qınaya da bilmərəm”.

Müxbir vağzalda qarşılaşdığı mənzərə barədə yazır: “Rus? Avtovağzalda kassir bilet almaq üçün pasportumun müddətini nə vaxt uzadıldığımı soruşur. Sonra isə “Putin. Rusiya. Ukrayna. Boo-bum!” deyə əlləri ilə partlayış göstərir və gülür. Amma ümumilikdə türklər bizim xüsusi əməliyyatımıza ciddi yanaşırlar. Stansiyada televizor açıqdır, xəbər verirlər, səsi eşidilmir. Nədən danışıldığını anlamağa çalışıram. Ekranda yaşayış yerlərinin atəşə tutulmasını göstərirlər. Televiziyaların ukraynayönümlü təbliğatına baxmayaraq, türklərin özləri vəziyyətlə bağlı təmkinlidirlər. Yaxta marinasının müdiri 54 yaşlı Burak bəy deyir: “Müəyyən mənada Putin haqlıdır. Rusiya öz sərhədlərində NATO qoşunlarının olmasını istəmir. Amma XXI əsrdə bu məsələləri siyasi yolla həll etmək lazımdır. Bizim burada rus icması var. Rusiyadan yaxtaçılar gəlir, türklərlə evlənmiş çoxlu rus qadınları var. Bəzi axmaq adamlar ruslara pislik edir. Öz fitnes klubu olan bir oğlan tanıyıram, indi rusları içəri buraxmır. Çünki onun arvadı ukraynalıdır. Əvvəllər qadınlar bir-birini ziyarətə gedirdilərsə, indi ünsiyyəti kəsiblər. Axmaqlıqdır. Mən tarixi bilirəm. Taras Bulbanı oxumuşam da...Ruslar və ukraynalılar bir xalqdır.”

Jurnalist yazır ki, yaxta marinasında yüzlərlə qayıq var ki, onların bir neçəsində Rusiya, birində isə Ukrayna bayrağı dalğalanır. Ukrayna bayrağı o qədər böyükdür ki, ölçüsünə görə köhnə şəhər qalası üzərində dalğalanan Türkiyə bayrağı ilə rəqabət apara bilər: “Bəli, siz ukraynalılarla ruslar, eyni dildə danışırsınız. Ehtiyat hissələri mağazasının sahibi, 40 yaşlı Sonar Arstan deyir. Bütün problemlər hökumətlərdədir. Hamımız insanıq. Mənim çoxlu rus dostum var, aramızda heç bir problem yoxdur. Belə düşünən tək mən deyiləm. Bütün türklər mənim kimi düşünür...43 yaşlı otel meneceri Janberk deyir: “Mən həm Rusiyanı, həm də Ukraynanı dəstəkləyirəm. Hər iki ölkəni bəyənirəm. Amma düşünürəm ki, bizim hökumət Ukraynanı daha çox dəstəkləyəcək. Mən Putini bəyənirəm. Çünki o, Amerikanı sevmir, biz də…Qonşu mehmanxananın meneceri 40 yaşlı Sərkan isə daha qətiyyətlidir: “Bütün sosial şəbəkələr, Instagram və digərlərində deyirlər ki, ukraynalılar haqlıdır. Amma görəndə ki, hamı bir ağızdan eyni şeyi təkrarlayır, mənim üçün bu bir işarədir-demək, burada nəsə düz deyil. Məncə, ruslar haqlıdır. NATO Rusiyadan qorunmaq üçün yaradılıb. Əgər Ukrayna Avropaya qoşulmaq istəyirsə, bu, normaldır. Rusiya üçün də pis deyil. Amma Zelenski NATO-ya üzv olmaq istəyirsə, bu, artıq problemdir. Türkiyə də NATO-nun üzvüdür, amma bizim Adanada yalnız bir Amerika bazamız var, o da uzaqdadır. Biz Rusiyanı təhdid etmirik. Deməli, Putin haqlı olaraq deyir: “Dayan!” Ukrayna NATO-ya üzv olmaqdan imtina etməlidir. O zaman münaqişə üçün heç bir səbəb olmayacaq. Biz bu münaqişənin tezliklə bitməsini gözləyirik. 57 yaşlı Varul qayıqları icarəyə verir. Amma o, əvvəllər Türkiyənin böyük qəzetlərindən biri olan “Habertürk”də çalışıb. Mən ondan soruşuram: “Niyə Türkiyə xəbərləri Ukraynanın mövqeyini təbliğ edir?”. Deyir ki, Türkiyədə qəzetlərin azadlığı yoxdur. Prezidentimiz Ərdoğan “Putin, dur!..” deyə təkrarlayır. Amma o, Rusiya ilə münaqişəyə meylli deyil. İsrail prezidenti, Yunanıstan prezidenti, Almaniya hamısı Türkiyəyə Rusiyaya qarşı sanksiyalara görə təzyiq edir, amma... yox. Türklər ruslarla düşmənçilik etməyəcəklər. Biz amerikalıları sevmirik. Biz türklər Rusiya və Çinlə birləşsək, amerikalılar Avropanı itirərdi. Bundan narahatdırlar, bizə təzyiq edirlər. Biz isə neytralıq. Məncə bu, düzgün mövqedir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.