2 vacib bəyanata fikir verməliyik... Baydenin Ukraynaya verdiyi dəstəyini Zelenski şərh edib.

20-03-2022, 13:43           
2 vacib bəyanata fikir verməliyik...
"Başa düşün, verilən dəstək(hərbi dəstəkdən söhbət gedir) haqqında bütün məlumatları açıqlaya bilmirəm, bu bizim taktikamızdır, müdafiəmizdir, düşmən bilməməlidir biz hansı addımları atacağıq. Necə bilmirdilər ki, biz onların(Rusiyanın) hücumuna hazırlaşırdıq, tədbirlər görürdük".
Prezident Zelenski qeyd edib ki, Baydenin verdiyi dəstək ukraynalıların təsəvvür etdiyindən qat-qat böyükdür.
"Düşmənimizin bilməməli şeyləri açıqlamayacağam. Ancaq müəyyən qərarlar qəbul ediləndə və onlar ictimayyətə açıqlananda(açıqlanırsa), o zaman bəzi şeylər artıq həyata keçirilir(yəni yardımın anonsu yox, yardımın artıq ünvana çatması). Əslində bu, paralel bir prosesdir. Bu, yalnız indi nəsə almaq üçün istifadə olunacaq yardım paketi deyil".
Oksana Markarova, Ukraynanın ABŞ-daki səfiri.
Suallar doğuran bəyanatlardır. Nə məsələdir? ABŞ Ukraynaya rəsmi açıqlanan dəstək paketlərindən qat-qat böyük və güclü dəstək verir. Bu həm silahlardır, həm kəşfiyyat imkanlarıdır və s. Siyahını davam etdirmək istəmirəm, məncə məsələ aydındır.
Markarovanın "bu, yalnız indi nəsə almaq üçün istifadə olunacaq yardım paketi deyil" ifadəsinə gəlincə, söhbət tək taktiki yox, həm də Ukraynanın strateji gücləndirilməsindən gedir.
Son 3 həftə ərzində ABŞ Ukraynaya 15 milyard dollar ayırdı(14 milyard Konqres, 1 milyard Bayden executive order imzaladı). Söhbət ancaq ABŞ-dan və ancaq rəsmi açıqlanan məlumatdan gedir. Qərb Ukraynaya fantastik böyük və güclü hərbi yardım edir, əgər qərbin Ukraynanın qələbəsində bir anlıq belə şübhəsi olsaydı bu yardımlar göndərilməyəcək idi.
Slava Ukraine i voisyinu Slava Geroyam!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.