Zelenski Ukraynanın "qırmızı xəttini" açıqladı

22-03-2022, 10:31           
Zelenski Ukraynanın "qırmızı xəttini" açıqladı
Ukrayna prezidenti Volodimir Zelenski ölkəsi üçün "qırmızı xəttin" suverenliyin itirilməsi olduğunu bildirib.

Teref.Az Trend-ə istinadən xəbər verir ki, bunu V.Zelenski telekanallara müsahibəsində deyib.

Ukrayna üçün hansı "qırmızı xəttlərin" olması ilə bağlı sualı cavablandıran dövlət başçısı vurğulayıb: "Biz suverenliyi itirə bilmərik. Minlərlə insan ölüb...".

Eyni zamanda, o qeyd edib ki, müəyyən kompromislərdən nəticə çıxarmaq üçün vəziyyəti hər tərəfdən öyrənmək lazımdır.

Bu gün onu kimun ruhlandırdığı barədə suala V.Zelenski belə cavab verib: "Mən Ukrayna xalqının pərəstişkarıyam".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru