““Kinjal”dan istifadə NATO-ya vurulan şillədir” - AÇIQLAMA

23-03-2022, 10:34           
““Kinjal”dan istifadə NATO-ya vurulan şillədir” - AÇIQLAMA
Çin mediası Rusiyanın Ukraynada “Kinjal” hipersəs raket sistemindən istifadəsinin NATO-nun üzünə şillə olduğunu yazıb.

“Ren TV” xəbər verir ki, Huangqiu Shibao qəzeti silahın nüfuzetmə gücünü qeyd edib.

Martın 18-də “Kinjal” raketinin vurduğu anbar Sovet dövründə nüvə silahlarının saxlanması üçün istifadə edilirdi.

Sina.com portalı iddia edir ki, əgər Rusiya raketi hədəfi vura bilməsəydi, o zaman Qərb onun səmərəsizliyi barədə iddialar səsləndirəcəkdi.

"İndi Qərb mediasının, eləcə də Kinjalın həqiqi xüsusiyyətlərini çoxdan şübhə altına alan NATO alyansının deməyə sözü yoxdur. Bu o deməkdir ki, Kinjalın ilk döyüş təcrübəsi uğurlu olub. Ukraynaya vurulan, əslində NATO-nun üzünə şillə oldu”, - sina.com qeyd edib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi hipersəs raketləri ilə Kinjal kompleksindən istifadə etməklə İvano-Frankovsk vilayətində Ukrayna qoşunlarının böyük yeraltı sursat anbarının məhv edildiyini açıqlamışdı./apa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru