Donbassız Rusiya olarmı? – Ukrayna müharibəsinin alt qatında Rusiyanın “olmaq, ya da olmamaq” məsələsi durur...

4-05-2022, 14:57           
Donbassız Rusiya olarmı? –
Napoleondan üzü bəri Donbası kimlər ələ keçirməyə çalışıb?..

Rusiyanı Donbasda bu qədər böyük risklərə getməyə vadar edən hansı səbəblərdir? Müasir Qərb tarixçisi, Müqayisə Oluanan Strategiyalar İnstitutunun üzvü Marten Mot “Fiqaro” qəzetinin səhifələrində bu sualıa cavab verməyə çalışıb. Tarixçi rus və ukraynalıların etnik qohumluğunu nəzərə almadan bu gün yaşanan böyük qarşıdurmanı maddi səbəblərdə araşdırır. Rusiya həmişə cənuba doğru can atıb və isti dənizlərə çıxış əldə etmək həmişə Rusiyanın əsas strateji hədəfi olub.

Ukraina və xüsusən də Donbas Vladimir Putinin probleminə çevrilməmişdən əvvəl bu ərazilər bir çox dövlət başçılarının, o cümlədən Napoleonun maraq dairəsində olub.

“Fiqaro”: 1991-ci ildən sonra Ukrayna niyə Rusiyanı bu qədər çox maraqlandırır?

Martin Mot: Ukrayna keçmiş Rusiya imperiyasının və daha sonra SSRİ-nin Qara dənizə çıxışını təmin edib. Krım və Ukrayna Avropanın şimali ilə cənubunu Avrasiyanın çox böyük hissəsi ilə birləşdirən böyük bir boğaz-keçiddir. Bu boğaz-keçid Aralıq dənizinə aparan çox əhəmiyyətli strateji kommersiya yoludur və Rusiyanı qitələrarası quru yol təcridindən qurtaran əsas coğrafiyadır. Hələ Çörçil bir zamanlar demişdi ki, Rusiya burun pərələri sıxılmış nəhəngdir və Rusiyanın burun pərələri Qara və Baltik dənizlərinə keçid üçün sahib olduğu dar boğazlardır.

Buna görə də bu gün Rusiyanın bütün əsas səyləri bu “burun pərələrini” bloklanma imkanlarından azad etməyə yönəlib və belə bir “bloklamadan” azad olmaq üçün bütün Ukrayna əraziləri üzərində nəzarətə sahib olmalıdır.

Onu da qeyd edim ki, “isti dənizlərə” maraq hələ qədim Rusun ilk hökmdarlarında – varyaqlarda da üşahidə olunurdu. Bu Skandinav avantüristləri hələ IX əsrdə Baltik və Qara dənizlərinboğazlarını ələ keçirmişdilər və orda Kiyef Rusu adı altında güclü bir dövlət qurmuşdular. Bu dövləti həm Ukraynanın, həm də Rusiyanın əcdadı olaraq adlandırmaq olar. XVI əsrdən başlayaraq Moskva knyazları varyaqların mirasına sahib çıxmağa başladılar və özlərini Bütün Rusun Çarları elan etdilər və onların da varisləri bundan yararlanıb Ukraynanı özlərinə tabe etdilər.

1991-ci ildə Ukraynanın müstəqilliyinin elan olunması Rusiya üçün fəlakətə çevrildi və bu gün də Putin Ukrayna xalqının rus xalqından fərqli olması ilə bağlı hər cür fikirləri rədd edir.

- Rusiyanın Ukraynaya, xüsusən də Donbasa qoyduğu sərmayələr və bu gün verdiyi qurbanlar baxımından yanaşarsaq, deyə bilərikmi ki, bütün bu qurbanlar Rusiya üçün zəruridir? Həmçinin bu torpaqlar digər dövlətlər və imperiyalar üçün də maraqlı olubmu?

- Əlbəttə ki! Hələ ən qədim zamanlarda müasir Ukrayna çöllərində yetişən buğda yunanlar üçün böyük maraq kəsb edirdi. Daha sonra onları romalılar, bizanslılar, varyaqlar, genuyalılar, venetsiyalılar, monqollar və Osmanlar əvəz etdi. XVII-XVIII əsrlərdə isə bu torpaqları ruslar işğal elədilər. Rusiyanın bu torpaqları ələ keçirməsi Qərbi Avropanı çox qıcıqlandırdı və narahat etdi. Məhz Ukraynada Rusiyanı cilovlamaq üçün fransız dipolomatiyası 1710-cu illərdə Ukrayna kazaklarına Moskvaya qarşı dəstək verməyə başladı. Hətta birinci Fransa imperiyası dönəmində Ukrananı fransız protektoratına çevirilən “Napoleonid” adlandırmaq istəyirdilər.

- Bəs bu az bilinən layihənin əsas məqsədi nə idi?

- Bu layihə xarici işlər nazirliyinin siyasi direktoru qraf d’Oteriv tərəfindən 1812-ci ildə Napoleonun rus kampaniyası zamanı hazırlanmışdı. Oteriv Ukraynanın kənd ətsəsrrüfatı üçün əhəmiyyətini qeyd eləsə də, əsasən Ukraynanın geostrteji əhəmiyyətini vurğulayırdı: “Bu dövlət-protektorat Rusiyanın Qara dənizə və Bosfor boğazına olan iddialarının qarşısını almaq üçün əsas baryer olacaq. Qara dənizə çıxışını itirən Rusiya özünün işğal planlarından əl çəkməyə məcbur olacaq”, deyə Napoleonun xarici işlər naziriliyinin siyasi direktoru yazırdı. Lakin Napoleonun Rusiyada məğlubiyyəti Rusiya üçün başqa şərtlər formalaşdırdı.

1853-1856 illərdə Fransa və Britaniyanın Krım müharibəsinə müdaxiləsi də Rusiyanın Qara dənizdə və Aralıq dənizinə doğru irəliləməsinin qarşısını almaq məqsədi güdürdü. 1855-ci ildə franko-britan ittifaqı Rusiyanın Krımdakı ən önəmli qalası olan Sevastopolu ələ keçirdi. Ancaq onların əsgəri gücü bu həmləni davam etdirmək üçün kifayət deyildi və ona görə də Rusiyadan Qara dənizin silahsızlaşdırılmasını tələb etdilər. Rusiya bundan ancaq 1870-ci ildə azad ola bildi.

- 1870-ci idə bir vall sənəyeçi Donetsk şəhərinin əsasını qoydu. 1897-ci ildəamerikan sərmayəsinin köməyi ilə Mariupol şəhərində ilk böyük sənayə müəssisəsi yaradıdı. Qərb sərmayədarları niyə Donbasa sərmayə qoyurdular?

- Əvvəl onları ora ruslar dəvət etmişdi ki, bölgənin sənaye cəhətdən çatışmamazlıqlarını ortadan qaldırsınlar. Krım müharibəsindən sonra ruslar başa düşürdülər ki, bölgənin sənayeləşdirilməsi zəruridir. Çünki Krım müharibəsindəki məğlubiyyət köhnəlmiş silahlar və bölgədə dəmir yol xətlərinin olmaması ucbatından baş vermişdi. Buna görə də 1869-cu ildə ruslar əslən vall olan mühəndis Con Hyuza metal lövhələrin istehsalı üçün müraciət elədilər. Con Hyuzun inşa etdiyi zavod Donetsk şəhərinin əsasını qoydu.

Mariupoldakı hazırkı metallurgiya zavoduna gəlincə isə, onun əsası 1897-ci ildə Nikopol-Mariupol dağ mədən cəmiyyəti tərəfindən qoyulub və layihə avstriyalı maliyyıçi Adolf Rotşteyn, həmçinin amerikalı Edmund Smit tərəfindən maliyyələşdirilib. Bu sərmayələr Donbasın iqtisadi cəhətdən səmərəli olmasına görə cəlbedici idi. Bölgədə kömür, dəmir yataqları vardı və məhsulu Mariupol limanından yola salmaq mümkün idi. Bundan başqa Dobasa öz adını verən Don çayı da yaxınlıqdan axırdı və bölgə bu yolla Rusiya ilə birləşirdi. Yəni Donbasdan həm Rusiya bazarına, həm də Qərb bazrına asanlıqla girmək mümkün idi.

- Ancaq belə çıxır ki, sonradan Qərbin Donbasa və Azov dənizinə olan maraq itib?

- Son illər bu bölgə Ukrayna ilə Rusiya arasında regional problemə çevrilən ərazi kimi baxılırdı və bu zaman unudulurdu ki, bu ərazi XX əsr müharibələrinin episentri idi. Misal üçün 1914-cü ildə Fransa Rusiyanın modernləşməsini təmin etmək və bu yollada Almaniyanın qarşısını ala bilmək üçün Donbasa böyük maliyyə qoymuşdu. O zaman üçün Donbasdakı fransız sərmayəsi Ukraynadakı sərmayələrin yarısından çoxunu təşkil edirdi və bu da özü-özlüyündə Donetskin əhəmiyyətini göstərirdi. 1918-ci ildə məhz bu sərmayələri qorumaq üçün Fransa Donbassa ordu yolladı. Söhbət təbii ki, bolşeviklərə qarşı rus ağqvardiyaçıların dəstəklənməsindən gedirdi və bu dəstəyin əsas məqsədi Donbasdakı fransız sərmayəsini qorumaqdı.

Qara dənizdəki gəmilərdə baş verən üsyanlarına görə uğursuz olan fransız çıxarması aprel ayında dayandırıldı. Tanınmış fransız strateqlərindən biri olan admiral Kasteksin 1930-cu ildə qeyd elədiyi kimi, bu ekspedisiyanın məqsədi Rusiyanı ən həssas yerindən vurmaq idi. Bu ekspedisiya həmin vaxt Polşa sərhədindən 500 km uzaqda Azov dənizi sahillərində bol taxıllı və kömürlü torpaqlara sahib olmaq deyildi, eyni zamanda Qafqaza, yəni neftə gedən yolun ələ keçirilməsi demək idi.

İkinci Dünya müharibəsində almanlar və sovetlər Azov dənizi və Donbas uğrunda amansız döyüşlər aparırdılar. 1942-43-2 illərdə “Don” ordu qruplaşmasının komandanı marşal fon Manşteyn öz memuarlarında yazırdı ki, “Hitler bu ərazilərə çox böyük önəm verirdi”.

- Hazırkı dağıdıcı konfliktdən sonra region öz iqtisadi cəlbediciliyini qoruyub salya biləcəkmi? Bu region ağır yükə çevrilmir ki?

- Fakitiki olaraq regiounun iqtisadi cəlbediciliyi XIX vı XX əsrlərdə olduğu qədər deyil. Bir çox kömür mədənləri və zavodlar 1990-cı ildən sonra artıq iqtisadi səmərəliliyini itirib və bu üzdən də bağlanıb. Bunun üçün Beynəlxalq Bankın tələbləri də olub. Məhz bu səbəbdən Kiyevdəki inqilablardan sonra bəzi Donbas sakinləri Ukraynadan aralanmağa və Rusiyaya yaxınlaşmağa maraqlı oldular.

2014-cü ildən sonra Donbas konflikti bu vəziyyəti daha da ağırlaşdırdı. Çünki bu münqaişə həmin vaxt 14 mindən artıq insanın ölümünə, 2 milyondan artıq insanın isə köçünə səbəb oldu. Bu konfliktin bu gün bu qədər dərinləşməsi yaxşı heç bir şey vəd eləmir. Dağıdılmış şəhərlər və infrastrukturu ilə region artıq hər iki tərəf üçün ağır yükə çevrilib.

- Rusiyanın Donbasda hazırkı hədəfləri nədir?

- Bu şərtlər altında mən inamıram ki, Rusiyanın regiondakı əsas hədəfləri iqtisadi xarakterli olsun. Mən besab edirəm ki, bu hədəflər strateji xarakterlidir. Ruslar üçün önəmli olan Krım və Sevastopoldakı Qara dəniz donanmasını qoruyub saxlamaq və Aralıq dənizinə öz təsirini qoruyub saxlamaqdan ibarətdir. Biz buna oxşar vəziyyəti 2015-ci ildə Rusiyanın Suriyaya müdaxiləsi zamanı müşahidə eləmişik. Ancaq Krıma nəzarət Azov dənizi üzərindən mümkün olduğuna görə Rusiya çalışır ki, Krımı Don çölü üzərindən Rusiyaya bağlasın. Azov dənizinə nəzarət etmək üçünsə Donbasa nəzarət etmək lazımdır.

Hələ blmək olmaz ki, regionun əsas iki oyunçusundan hansı bu ərazilərin sahibi olacaq. Ukraynanın texnoloji üstünlüyünü və döyüş meydanında göstərdikləri hərbi şücaətdən və üstünlükdən sonra bu torpaqlara məhz Ukraynanın sahib olacağını istisna etmək olmaz. Ancaq ruslar da adi gücləri tükəndikdən sonra regionu öz əlində saxlaya bilmək üçün nüvə silahı kartına əl ata bilərlər. Bu onların iddialarından da görünür.

Politoloq Zbiqnev Bjezinski yazırdı ki, “Ukraynasız Rusiya fövqəldövlət olaraq mümkün ola bilməyəcək”. Ümid edək ki, konfliktin dinc yolla həlli nüvə silahı kimi dəhşətli təhlükəni istisna edəcək. Ümumikldə isə Rusiyanın addımlar mənə Stalin tərəfindən tərtib edilən böyük aclıq yol açan fəaliyyətini xatırladır.

Tərcümə PİA.az-a aiddir












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.