21 ci əsrdə Azərbaycanda belə nağıllardan mədət umanlar çox sadəlöhvdürlər

24-06-2022, 12:07           
21 ci əsrdə Azərbaycanda belə nağıllardan mədət umanlar çox sadəlöhvdürlər
İslam ölkələrində orta əsrlərdən başlayaraq hökümdarlara və mövcud hakimiyyətlərə qarşı istifadə olunan ən geniş yayılmış təbliğat “ Hökmüdar Allahı söydü” təbliğatı olub.
Amma bu təkcə İslam ölkələrində deyil, diğər dinlərdə də istifadə olunub.
Məsələn, “fironun yaradanı söyməsi onu xalqın qəzəbinə tuş gətirir və xalq ondan üz döndərir” rəvayəti,
İsa Məsihin həvarilərindən “yaradanı söyən hökmüdar” rəvayəti ,
1978-ci ildə İran İslam İnqlabının əvvəlində Ruhulla Xomeyninin ”ABŞ-ın əl altısı xalqı söyan şah və əsabələri Allahı da söydü” təbliğatı ,
Nəhayət , gözümüzün önündə Misirdə baş verən inqilabda “Mürsü və müsəlman qardaşlarının Hüsnü Mübarəkə qarşı Allahı söydü təbliğatı və s.
Yəni, din dəllallarının belə təbliğat üsulun tarixi çox qədimdir.
Hələ 13 əsrdə Yunis Əmrə belələri haqqında demişdi ki, sərmayəsi din olanın, rəhbəri şeytan olmuştur…
21 ci əsrdə Azərbaycanda belə nağıllardan mədət umanlar çox sadəlöhvdürlər !
Yeganə Hacıyeva
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru