"Vətən müharibəsindən sonra tikilən, təmir-bərpa edilən obyektlərin sayı 200-ə yaxındır" - Zakir Həsənov

27-06-2022, 08:15           
"Vətən müharibəsindən sonra tikilən, təmir-bərpa edilən obyektlərin sayı 200-ə yaxındır" - Zakir Həsənov
Vətən müharibəsindən sonrakı müddət ərzində ümumilikdə yeni tikilən, təmir-bərpa işləri aparılan obyektlərin sayı 200-ə yaxındır. Bu, həm ölkəmizin iqtisadi qüdrətinin, həm də ölkə Prezidentinin ordumuza olan diqqət və qayğısının bariz nümunəsidir.

Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a müsahibəsində deyib.

"Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərində yerləşən hərbi hissələrin şəxsi heyətinin məişət şəraitinin yaxşılaşdırılması və fasiləsiz təminatını təşkil etmək məqsədilə qısa müddətdə yeni yataqxana, yeməkxana, hamam-camaşırxana kompleksi, anbarlar və digər obyektlər istifadəyə verilib.

Azad olunan ərazilərdə bölmələrin elektrik enerjisi ehtiyacının davamlı təmin olunması məqsədilə artıq 20-dən çox hərbi obyekt günəş batareyaları və panellərlə təchiz olunub. Həmçinin ildırım vurma təhlükəsi olan dağlıq ərazilərdə şəxsi heyətin, hərbi infrastrukturun, binaların və rabitə qurğularının təhlükəsizliyinin təmin edilməsi məqsədilə 200-ə yaxın ildırım ötürücü quraşdırılıb", - Zakir Həsənov əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.