ƏHMƏDLİ `MEDİA`SI: Bu cür Biləcəriyə qədər getmək olar... - NƏ 4-CÜ HAKİMİYYƏT?!

5-07-2022, 17:56           
ƏHMƏDLİ `MEDİA`SI: Bu cür Biləcəriyə qədər getmək olar... -
Əslində Əhməd İsmayılovu sevdiyi gəmiçiliyindən ayırıb MEDİA kimi mühüm bir ünvana nəzarətçi təyin edəndə bir inamsızlıq yaranmışdı. Çünki hələ də məsələyə siyasilərimiz məhz NƏZARƏTÇİ ampluasından yanaşırdı. Buna görə də, Əhməd İsmayılov yox, lap elə hansısa gəmi kapitanını da bu posta təyin etməklə eyni nəticəyə varılacaqdı.

Gözləmədiyimiz nəsə baş vermədi. Elə bəndəniz Əhməd İsmayılovun ağzını aramaq üçün onunla şəxsi görüşə can atanda da bu məqsədi güdürdü. Düşündüm ki, bəlkə yanılıram. Axı mətbuatda çalışmış, çalışan onlarla dəyərli qələm adamımız var ki onların ümumiyyətlə yazı-pozu işinə aidiyyatları olmayıb. Ali təhsil ixtisasları fərqli olub media aləmində özünə yer etmiş yetərincə simalarımız var.
O baxımdan Əhməd İsmayılovu da bir eşitmək istədim. Amma əvəzində o məni danışdırtdı... Ürəyi istəyən qədər...
Sonra da bir-birimizi öyrəndiyimizə əmin olduq. O da anladı ki, bizim əməkdaşlığımız mümkün olmayacaq.
Çünki mənə "hətta filan sayta belə... müxalifətçi olmasına rəğmən... pul ayırdıq" deyərək hansı qafada olduğunu tam aydınlatmışdı.
Artıq məsələnin nə yerdə olduğunun tam fərqində idim.
Başa düşmüşdüm ki, məni tənqidçi media nümayəndəsi kimi yox, müxalif medianın yolagəlməz bir adamı olaraq qəbul edib bəri başdan bütün planlamalarından siliblər. Hətta MEDİA-ya dia.az saytına dövlət dəstəyinin yönəldilməsi üçün müraciət etməyimin əbəs olduğunu da hiss etdirdilər...

Hə, gözlənilməz nəsə baş vermədi. Hər şey gözlədiyimiz kimi oldu. ƏHMƏDLİ MEDİAmız bizi Biləcəriyə doğru sürətlə daşımaqdadır. Bizi deyəndə.. çiyinlərinə aldıqlarını nəzərdə tutram. Dövlət suyuna özünə becərdiyi yandaş medianı deyirəm. Bizim kimilərin, dia.az kimilərin ünvanı isə həmin Biləcəri yox... bəlkə də hansısa Kürdəxanı köşələri ola bilər.
Əhməd müəllim belə düşünüb, belə qərar verib.

Mən burada nə köhnədən olan Ramiz Mehdiyevdən giley etməyəcəm, nə də Əli Həsənovdan... İndi ki onlar yoxdur... Zatən onlardan qidalanıb Əhmədin məclisinin başında oturanlar onların arxasınca hər gün vedrə bağlayırlar... Mənə ehtiyac yoxdur.
Həm də bunun hazırki məqama heç dəxli yoxdur. Məgər Əhməd İsmayılov cənablarını Ramiz Mehdiyev hipnoz edib, işləməyinə imkan vermir? Yoxsa Əli Həsənov ona cadu elətdirib?

Burada əsas məsələ ƏHMƏDLİ MEDİAsıdır...
Bu medianın isə 4-cü yox eee... heç 54-cü hakimiyyət olacağına da inanmaq olmaz.
Bunu ƏHMƏDLİ MEDİAsının nümayəndələrinin hamısı yaxşı bilir.

Hörmətlə, DİA.AZ-ın baş redaktoru
Məhəmməd ƏRSOY












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.