Fars-molla rejiminin mediasının HƏDƏFİNDƏYİK... - bizi söyürlər...

6-07-2022, 12:05           
Fars-molla rejiminin mediasının HƏDƏFİNDƏYİK... - bizi söyürlər...
İran mediası Azərbaycana qarşı demək olar ki, hər gün təxribat xarakterli və düşmən mövqeli məqalələr dərc edir. Növbəti qərəzli yazı yenidən diqqətə gəlib.

TEREF.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə İranın anti-Azərbaycan mövqeyi ilə seçilən “rahbordemoaser” saytı yazıb.

““Sionist rejimi” tamamlayıcı plan çərçivəsində İrana təsir etmək, Bakıya silah göndərmək, üçüncü ölkə üzərindən İran daxilində real əməliyyatlar keçirmək, burada kəşfiyyat fəaliyyəti aparmaq və ölkəmizin mühasirəsini tamamlamaq kimi məqsədlərlə Azərbaycanda hərbi, iqtisadi, casusluq, təhlükəsizlik və xidmət sahələrinin bütün istiqamətlərində öz təsirini genişləndirməyə çalışır”, – deyə sayt sərsəm fikirlər yazıb.

Hər dəfə Azərbaycanın daxili işlərinə və xarici siyasətinə əsassız müdaxilə etməyi özünə peşə seçən İranın hökumət yönümlü saytı iddia irəli sürüb.

“Bu yaxınlarda Azərbaycan Respublikası ilə “sionist rejim” arasında hava nəqliyyatı sahəsində razılaşma imzalanıb və həmin müqaviləyə əsasən Azərbaycan vətəndaşları ilə “sionistlər” arasında qarşılıqlı səfərlər asanlaşdırılacaq, həmçinin Azərbaycan “sionist rejimlə” əməkdaşlıq çərçivəsində kibertəhlükəsizlik mərkəzi yaradacaq”, – deyə media orqanı absurd ittihamlar səsləndirib.

Davamlı olaraq Azərbaycanla bağlı qərəzli yazılar tirajlayan saytda habelə deyilir:

“Sözügedən sazişlərin imzalanması Azərbaycanla “sionist rejim” arasında geniş əlaqələrdən qaynaqlanır və ikitərəfli münasibətlərin tarixçəsi təkcə son bir neçə illə məhdudlaşmır.

Sitat: “Vacib sual budur ki, sionist rejimin Azərbaycanla bu cür müqavilələr bağlamaqda məqsədləri nədən ibarətdir?

– İrana təsir etmək üçün əməkdaşlığı genişləndirmək. “Sionistlər” Azərbaycanda öz təsirlərini əvvəlcə hərbi, xidmət, indi isə təhlükəsizlik sahəsində genişləndiriblər.

Hərbi sahədə tərəflər 1992-ci ildən əməkdaşlığa başlayıb ki, hərbi əməkdaşlığın bariz nümunəsi Qarabağ müharibəsində özünü göstərdi.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə “sionist rejimdən” hərbi texnika aldığını etiraf edib və bildirib ki, rəsmi Bakı Təl-Əvivdən geniş şəkildə “Sky Attacker” və “Harup” PUA-ları alıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru