Qurbanı pul ilə əvəz edib ehtiyacı olan şəxsə vermək olar? - AÇIQLAMA

7-07-2022, 10:04           
Qurbanı pul ilə əvəz edib ehtiyacı olan şəxsə vermək olar? - AÇIQLAMA
İslam təqviminə əsasən, qarşıdan Qurban bayramı gəlir və üç gün qeyd edilir. Yəni bu üç gün - 9,10 və 11 iyul tarixləri içərisində insanlar öz qurbanlarını gün çıxandan gün batana qədər kəsə və paylaya bilərlər.

Bəzən insanlar qurbanlıq üçün ayırdıqları pulu kiməsə yardım məqsədi ilə verib bunun da qurban sayıldığını hesab edir. TEREF.AZ xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Təzəpir Məscidinin imamı Hacı Şamil Rəsulov bildirib ki, qurbanı pul ilə əvəz edib ehtiyacı olan şəxsə vermək doğru deyil.

“Kəsiləcək qurbanı pul ilə əvəz edib kiməsə yardım etmək şəriətimizin qaydalarına uyğun deyil. Qurban elədir ki, gərək özü kəsilə və Allah yolunda paylana. Bəzən deyirlər ki, bir xəstə var, qurbanı pul ilə əvəz edib ona verək. Bu şəriətə uyğun deyil. Kimsə yardım etmək istəyirsə, bunu o niyyətlə etməlidir. Yəni, əgər kimsə yardım etmək istəyirsə qurban məsələsin buna qatmasın, yardım niyyəti ilə versin. Qurbanlıq olmayan vaxtı necə yardım edirlər indi də elə etsinlər, bunu kəsilən qurbanla əlaqələndirməsinlər”, - deyə Ş.Rəsulov əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru