İran agentlərinə qarşı Azərbaycanın qeyrətli qadınının etirazı VİDEO
25-07-2022, 08:12

Teref.az yazır ki, son günlər sosial şəbəkələrdə İran meyilli şəxslərin fəallaşdığının şahidi oluruq. Hətta iş o yerə çatıb ki, həddi buluğa catmamış qız uşaqlarını cadraya bürüyüb onlara İran seqmentinin şüarı olan "Salam Fərmandeh" mahnısını oxudaraq klip çəkdirirlər. Təbii olaraq bu vətəndaşlarımızın haklı etirazına səbəb olur və onlar öz etirazlarını bildirirlər. Bu etirazlardan birini təqdim edirik:
"Son günlər ölkəmizə və dövlət başçısının yeritdiyi siyasətə qarşı qonşu dövlətlərin, xüsusilə də İranın aqressiyası kimsəyə sirr deyil. Xüsusilə də Zəngəzur dəhlizi ilə bağlı həm Xameneinin həm də İranın digər dini və rəsmi liderlərinin bəyanatları gündəmdən düşmür. Təəssüf ki, Azərbaycanın özündə də onları dəstəkləyən, qonşu dövlətin dini liderinə "ağam" deyən aldadılmış bir qrup insan var. Dini təsir altına düşən bu insanlar bilmədən yaxud bilərəkdən oyuncağa çevriliblər. Bu azmış kimi, şəhid ailələrinə də nüfuz edirlər. Dərdli şəhid analarının dini inanclarından istifadə edərək onları öz məkrli niyyətlərində istifadə etməyə çalışırlar.
Lakin, ölkəmizin vətənpərvər qüvvələri daim bu qaragüruhçu kütlə ilə mübarizə aparır, qonşu dövlətin təsirinin və nüfuzunun yayılmasına imkan verməmək üçün xalqı maarifləndirməyə çalışırlar. Xüsusilə şəhid analarının, ailələrinin belə çirkin məqsədlərlə istifadə edilməsinə qarşı çıxırlar. Elə bir neçə gün öncə facebook sosial şəbəkəsində canlı yayım açan xanım Ella Rüstəmova da bunları demiş, lakin, canlısından hissələr kəsilərək "şəhid anaları təhqir olunur" başlıqlı yazılarla bütün sosial şəbəkələrdə yayılır. Aşağıda həmin canlı yayımın lenti yerləşdirilmişdir. Maraqlanan hər kəs link vasitəsi ilə canlını izləyə bilər.
Ella xanımı bu canlını açmağa vadar edən səbəbləri də ayrıca video şəkilində sizə təqdim edirik. Ümid edirik ki, düzgün qiymət verə biləcəksiniz."