Dünya universitetlərinin reytinqi açıqlandı –İlk onluğun siyahısı

6-05-2016, 00:23           

Bu gün nüfuzlu Tayms (Times) qəzetinin hazırladığı “Dünyanın ən yaxşı universitetlərinin reytinqi” (Times Higher Education-THE) açıqlanıb. Bu reytinq dünyada universitetlərin qiymətləndirilməsi baxımından ən nüfuzlulardan hesab edilir. Birinci yerdə yenə ABŞ-ın Harvard Universiteti gəlir.

ABŞ universitetləri yenə ilk onluqda mütləq çoxluq təşkil edir. Strateq.az BBC-yə istinadən Times Higher Education-THE reytinqində ilk onluğu təqdim edir:

1. Harvard Universiteti- ABŞ

2. Massaçuses Texnoloji Universiteti-ABŞ

3. Stenford Universiteti–ABŞ

4. Kembric Universiteti – Böyük Britaniya

5. Oksford Universiteri – Böyük Britaniya

6. Berkli Kaliforniya Universiteti- ABŞ

7. Prinston Universiteti-ABŞ

8. Yel Universiteti-ABŞ

9. Kolumbiya Universiteti-ABŞ

10. Kaliforniya Texnoloji İnstitutu- ABŞ


Yalnız 10 Britaniya universiteti ilk yüzlüyə daxil ola bilib. İlk yüzlükdə Asiya ölkələrinin universitetlərinin sayı artıb. Asiya ölkələrinin 17 universiteti ilk 100-də yer alıb. Ötən il isə bu göstərici 10 olmuşdu.

Asiya ölkələri universitetlərindən ən yaxşı göstərici Tokio Universitetinə məxsusdur – reytinqdə 17-ci yer. Pekin Universiteti 21-ci yerdə, Sinqapur Milli Universiteti isə 26-cı yerdə qərarlaşıb.

Times Higher Education reytinqi dünya üzrə 400 universiteti əhatə edir.

Moskva Dövlət Universiteti isə yalnız 161-ci yeri tuta bilib. Rusiyadan daha iki universitet isə 200 yüz ən ayxşı ali təhsil müəssisəsi arasına düşə bilib.

Strateq.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru