Braziliyanın keçmiş prezidenti sui-qəsd təşkil etməkdə təqsirli bilinib
Bu gün, 15:08
Braziliya Federal Ali Məhkəməsi keçmiş prezident Jair Bolsonarunu hazırkı dövlət başçısı Luis İnasiu Lula da Silvanın hakimiyyətə gəlməsinin qarşısını almaq üçün hərbçilərin iştirakı ilə sui-qəsd təşkil etməkdə təqsirli bilib. Bu barədə TASS xəbər verir.
"Prokurorluq inandırıcı şəkildə sübut etdi ki, Jair Messias Bolsonarunun başçılıq etdiyi və hökumətin, silahlı qüvvələrin və kəşfiyyat orqanlarının əsas üzvlərindən ibarət suiq-qəsdçilər qrupu 2022-ci il seçkilərindən sonra hakimiyyətin qanuni ötürülməsinə xələl gətirmək məqsədilə demokratik təsisatlara hücum planı hazırlayıb həyata keçiriblər", - deyə məlumatda bildirilir.