Kompüter qarşısında yemək yeməyin fəsadları - İspaniyalı həkimdən XƏBƏRDARLIQ

Bu gün, 12:58           
Kompüter qarşısında yemək yeməyin fəsadları - İspaniyalı həkimdən XƏBƏRDARLIQ
Kompüter qarşısında yemək mədə-bağırsaq xəstəlikləri ilə nəticələnə bilər.

TEREF yazır ki, Oxu.Az-ın məlumatına görə, bu vərdişinin fəsadları barədə İspaniya neyroqastroenterologiya və motorika assosiasiyasının prezidenti, qastroenteroloq Xordi Serra Pueyo "La Razon" nəşrinə verdiyi müsahibəsində xəbərdarlıq edib.

Pueyo izah edib ki, belə vərdiş funksional dispepsiyaya gətirib çıxarır.

"Bu, qarının yuxarı hissəsində ağrı və ya yanma, erkən doyma, yeməkdən sonra şişkinlik hissi və köp kimi narahatlıq ilə xarakterizə olunur", - o bildirib.

Pueyonun sözlərinə görə, bundan əlavə, kompüter qarşısında yemək yemək səbəbindən bağırsaq baryeri zədələnir.

"Bağırsağın baryeri daha keçirici hala gəldikdə, normal olaraq ondan keçməməli olan maddələr, məsələn, qida qalıqları və ya toksinlər qan dövranına daxil ola bilər. Bununla da immunitet sistemini aktivləşdirərək, iltihaba səbəb olur", - həkim qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru