Alibaba 3,2 milyard dollarlıq istiqraz satır

Bu gün, 15:14           
Alibaba 3,2 milyard dollarlıq istiqraz satır
Çin elektron ticarət nəhəngi "Alibaba" beynəlxalq genişlənmə və bulud xidmətlərinə sərmayə yatırmaq üçün 3,2 milyard ABŞ dolları həcmində sıfır faizli konvertasiya olunan istiqraz satışına çıxıb.

Valyuta.az xəbər verir ki, istiqraz 2032-ci ildə ödəniləcək və ABŞ-də listinqdə olan səhmlərə çevrilə biləcək. Konversiya qiyməti hazırkı bazardan 27,5–32,5% yuxarı təyin olunub. Vəsaitin 80%-i data mərkəzlərinin genişləndirilməsinə və texnologiyanın yenilənməsinə, qalan hissəsi isə elektron ticarət sahəsində səmərəliliyin artırılmasına yönəldiləcək.

Beləliklə, bu xəbərin fonunda Honq-Konq səhmləri 2,6%, Nyu-York birjasında isə 2,2% ucuzlaşıb. Buna baxmayaraq, ilin əvvəlindən bəri şirkətin səhmləri 71%-dən çox bahalaşıb.

"Alibaba" ötən il və bu ilin əvvəlində də oxşar istiqraz satışları həyata keçirib. Şirkət həmçinin, növbəti üç ildə 53 milyard dollara yaxın süni intellekt yatırımı planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru