Dünyanın ən yaxşı şirkətləri: "Apple" siyahıda niyə yoxdur?
Bu gün, 15:24

"TIME" jurnalı və tədqiqat şirkəti “Statista” tərəfindən 50 ölkədə 200 min nəfərlə aparılan sorğunun nəticələrinə əsasən hazırlanan “Dünyanın ən yaxşı şirkətləri 2025” siyahısı açıqlanıb.
Valyuta.az xəbər verir ki, siyahıda 1000 şirkət yer alıb.
"TIME" araşdırmada bildirir ki, son bir ildə tariflər, süni intellekt (AI) və dəyişən istehlakçı meylləri bir çox nəhəng şirkətlərin böyümə strategiyalarını dəyişib və bunun nəticəsində yeni liderlər önə çıxıb.
Zirvədə "Nvidia"
4 trilyon dollarlıq bazar dəyərinə çatan “Nvidia” artan AI tələbi və uğurlu oyun bölməsi ilə 2025-ci ilin siyahısında ilk yeri tutub. Sıralama işçi məmnuniyyəti, gəlir artımı və dayanıqlılıq şəffaflığı kimi meyarlarla müəyyənləşdirilib.
İlk 20 şirkət belədir:
1. Nvidia Corp (ABŞ) – 97.62
2. Microsoft (ABŞ) – 95.97
3. JPMorgan Chase (ABŞ) – 95.03
4. Alphabet (ABŞ) – 94.63
5. Amazon (ABŞ) – 94.19
6. Meta (ABŞ) – 93.33
7. Volkswagen Group (Almaniya) – 93.32
8. BBVA (İspaniya) – 93.13
9. Airbus (Hollandiya) – 93.07
10. Cigna Corporation (ABŞ) – 93.04
11. DBS Bank (Sinqapur) – 93.01
12. Allianz (Almaniya) – 92.89
13. Ford (ABŞ) – 92.52
14. Nike (ABŞ) – 92.46
15. Novo Nordisk (Danimarka) – 92.43
16. Booking Holdings (ABŞ) – 92.40
17. Mastercard (ABŞ) – 92.26
18. Deutsche Telekom (Almaniya) – 92.22
19. Schneider Electric (Fransa) – 91.97
20. General Motors (ABŞ) – 91.95
Maraq üçün qeyd edək ki, siyahıya 6 Türkiyə şirkəti də düşüb:
131. Sabancı Holding
161. Koç Holding
219. Turkcell
314. Türk Hava Yolları
441. Türk Telekom
501. Zorlu Holding
"Apple" siyahıda niyə yoxdur?
2024-cü ildə birinci olan “Apple” bu il siyahıya daxil edilməyib. “TIME” bunu 2022–2024-cü illərdə şirkətin gəlirlərində azalma ilə izah edib.
Analitiklər bu geriləmənin səbəbini “Apple”ın süni intellekt texnologiyasında geri qalması ilə əlaqələndirir. Lakin şirkətin baş direktoru Tim Kuk, yaxın illərdə AI sahəsinə böyük sərmayələr yatıracaqlarını açıqlayıb. 2025-ci ilin iyul ayında “Apple” illik 10 faiz gəlir artımı açıqlayıb ki, bu da 2021-dən bəri ən yüksək göstərici olub.