"Bundan sonra o "ata" yaşamağa davam edir" - ETİRAZ

26-07-2022, 11:01           
 "Bundan sonra o "ata" yaşamağa davam edir" - ETİRAZ
17 yaşlı Laçının imtahanda yüksək bal toplamaması səbəbindən valideynlərinin təzyiqi ucbatından intihar etməsi hadisəsinə bir çox tanınmış sima da reaksiya verib. TEREF.AZ axşam.az-a istinadla xəbər verir ki, müğənni Elnarə Xəlilovadan sonra aparıcılar Aytən Səfərova və Leyla Quliyeva da bunla bağlı paylaşım ediblər.

A.Səfərova paylaşımında "Heç bir övlad valideyninə görə cavabdeh deyil, lakin hər bir valideyn övladına görə cavabdehdir - həm Allah, həm də bəndələr qarşısında. İndi gedin cavab verin. Görək hansı cavabdan daha yüksək bal toplaya biləcəksiniz, siz necə, bu imtahandan keçə biləcəksinizmi" sözlərini qeyd edib.

Aparıcı Leyla Quliyeva paylaşımında bunları yazıb:

"Və bundan sonra "ata" yaşamağa davam edir. Yəni bir imtahan insan həyatından önəmlidir?! O qızcığaz qəbul imtahanından kəsilmişdi, sadəcə qəbul imtahanından…".














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru