Övladlarımızın təhsil haqqını əlindən niyə alırsınız? İTTİHAM

2-09-2022, 18:56           
Övladlarımızın təhsil haqqını əlindən niyə alırsınız? İTTİHAM
Bakıda yaşayan rayon və kənd uşaqlarının təhsil almaq hüququ məhdudlaşdırılır. Məhz Təhsil Nazirliyi tərəfindən.
Hələlik gəlin əsas olan qanunlara istinad edək.
2009-cu il 19 iyun tarixli "Təhsil haqqında Azərbaycan Respublikasının qanun"unda göstərilir ki, bu qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır.
Teref.az yazır ki, bunu iqtisadçı ekspert Razi Abbasbəyli deyir. Daha sonra Razi bəy fikrini davam etdsirərək deyir:
Azərbaycan Konstitusiyasının 42-ci maddəsi Təhsil hüququndan bəhs edir.
Azərbaycan Respublikasının vətəndaşı olan hər kəsin Azəərbaycan Respublikası ərazisində istənilən təhsil müəssisəsində təhsil almaq hüququ var.
Amma təhsil naziri Emin Əmrullayev qərar verib. Bakı Baş Təhsil İdarəsi də elektron sistem üzərindən paytaxtdakı orta təhsil müəssisələrinə şagird qəbuluna məhdudiyyətlər tətbiq edir. Məhdudiyyətlər ondan ibarətdir ki, şagirdlərin məktəbə qəbulu yalnız yaşayış yeri üzrə, qeydiyyatda olduğu ərrazi üzrə həyata keçirilə bilər.
Ölkədə yüzminlərlə vətəndaşın mülkiyyət hüququ, daşınmaz əmlaka sahib olması ilə bağlı problemlər var. On illərlə mülkiyyətində olan ünvanda qeydiyyata düşə bilmətənlər var. Bakı şəhərində bu problem həllini tapmayıb. Amma Təhsil Nazirliyi şagirdini Bakıda 1-ci sinifə yerləşdirmək istəyən vətəndaşa qadağa qoyur. Ən azı müvəqqəti yaşaşyış üzrə arayış tələb olunur. Tutaq ki, yüzminlərlə vətəndaşın bundan xəbəri yoxdur. Tutaq ki, vətəndaş qeyri-rəsmi olaraq Bakının Nəsimi rayonunda kirayədə yaşayır və onun 6 yaşında övladı var. O zaman sual verirəm Cənab Əmrullayev həmin uşaq harda təhsil alsın? Atası. anası geri qeydiyyatda olduğu N rayonuna köçsün?
Müvəqqəti qeydiyyata düşə bilmir. Nə etsin. Axı bu ölkənin ali qanunu olan Konstitusiyasının pozulmasıdır.
Bakıda mülkiyyət hüququ olmayan insanlar, kirayədə yaşayan və rayon, kənd qeydiyyatında olan insanların övladları harda təhsil alsın Emin Əmrullayev? Siz özünüzü o valideynlərin yerinə qoyun və özünüzə sual verin.
Bu islahat deyil, bu mülkiyyət hüquqları ilə bağlı milyonların sorunu olan Bakıda yaşayan vətəndaşa zülm etməkdir. Bu rüşvətə, korrupsiyaya yol açan, rəvac verən qərardır. Dərhal o tələbi ləğv edin lütfən!
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru