Hərbi xidmətdə olarkən şəhərdə avtoşluq edən iş adamının oğlundan yeni xəbər - TƏFƏRRÜAT

3-09-2022, 09:03           
Hərbi xidmətdə olarkən şəhərdə avtoşluq edən iş adamının oğlundan yeni xəbər - TƏFƏRRÜAT
Hərbi xidmətdə olduğu vaxt, xidmətdən yayınaraq Bakıda avtoxuliqanlıq edən iş adamının oğlu ilə bağlı istintaq tamamlanıb.

TEREF.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, Respublika Hərbi Prokurorluğunda aparılan istintaq materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib. Yaxın günlərdə hazırlıq iclasının keçirilməsi və işin baxışa verilməsi nəzərdə tutulub.

M.Əzizov Cinayət Məcəlləsinin 333.2-ci (hərbi qulluqçunun xidmət yerini özbaşına tərk etməsi), 335.2-ci (hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma) və digər maddələri ilə mühakimə olunacaq.

Xatırladaq ki, bu ilin mayında sosial şəbəkələrdə Məlikov Əziz Soltanpaşa oğlunun Bakıda avtoşluq etməsi ilə bağlı görüntülər yayılmışdı. Araşdırmalar zamanı məlum olmuşdu ki, o, əsgərdir və həmin vaxt hərbi xidmətdədir. Onun xidmət vaxtı hərbi hissədə deyil, şəhərin mərkəzində avtoşluq etməsi ciddi müzakirələrə səbəb olmuşdu.

Əziz Məlikovun atası Soltanpaşa Əzizov tanınmış iş adamıdır. O, Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. Ə.Məlikov özü isə “TikTok” sosial şəbəkəsindəki əyləncəli videoları ilə məşhurdur.

Qeyd edək ki, Ə.Məlikov hadisədən sonra saxlanılmış, barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra o, həbsdən buraxılaraq komandanlığın müşahidəsi altına verilmişdi. Lakin həmin müddətdə qaçıb gizləndiyinə görə barəsində yenidən həbs qərarı verilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru