Bakıda tarixi binanın görünüşünə qanunsuz müdaxilə – Deputat naziri sərt tənqid elədi

21-09-2022, 08:03           
Bakıda tarixi binanın görünüşünə qanunsuz müdaxilə –
Tarixi görünüşü ilə fəxr etdiyimiz paytaxtın görkəmi yaxın illərdə tamamilə dəyişə bilər…

Paytaxtımızda yeni bir tendensiya müşahidə olunmaqdadır. Tarixi əhəmiyyətə malik binalara qanunsuz müdaxilələrin sayı günü-gündən artır.

Belə ki, Ağamusa Nağıyeva məxsus 28 May küçəsində yerləşən, polşalı memar tərəfindən layihələndirilən Azərbaycan memarlıq abidələrinin incilərindən hesab olunan binanın fasadına müdaxilə edilib. Daş fasad bərpa olunmaq əvəzinə, sadəcə boyanıb.

Memar Elçin Əliyev qeyd edib ki, bu kimi halların sayı artarsa, tarixi görünüşü ilə fəxr etdiyimiz paytaxtın görkəmi yaxın illərdə tamamilə dəyişə bilər.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə yaratsaq da, suallarımızı cavablandıran olmadı.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru