Partiya sədrləri Əvəz Zeynallı ilə bağlı Prezident İlham Əliyevə müraciət etdi

29-09-2022, 09:57           
Partiya sədrləri Əvəz Zeynallı ilə bağlı Prezident İlham Əliyevə müraciət etdi
Siyasi Partiyalar Əvəz Zeynallı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət ünvanlayıb.

Müraciətdə qeyd olunur:

“Cənab Prezident,

Tanınmış jurnalist Əvəz Zeynallının həbs olunması Azərbaycan cəmiyyətində birmənalı qarşılanmamışdır. Müraciəti imzalayan siyasi partiyaların da rəyi ondan ibarətdir ki, Əvəz Zeynallının həbs olunmasına səbəb, irəli sürülən və əsaslığı açıq aşkar şübhə doğuran rəsmi ittiham deyil onun məmur özbaşınalığına, korrupsioner, rüşvətxor məmurlara qarşı, haqqı və hüququ pozulan vətəndaşların problemlərini ictimailəşdirilməsi sahəsində ardıcıl tənqidi çıxışları, söz və ifadə azadlığı məsələsində barışmazlığı və prinsipial mübarizəsidir. Yəni onun peşə fəaliyyəti, ictimai siyasi mövqeyi ilə bağlıdır və siyasi xarakter daşıyır.

Əvəz Zeynallının həbs edilməsini müstəqil medianı susdurmaq, peşə fəaliyyətinə görə təqib, söz və ifadə azadlığının boğulması aktı kimi dəyərləndiririk. Yüksək ixtisaslı hüquqşunasların fikirlərinə görə Əvəz Zeynallının həbs olunmasına, xüsusilə ibtidai istintaq dövründə onun həbsdə saxlanmasını zəruri edən mötəbər sübut, dəlillər və o cümlədən prosesual əsaslar yoxdur.

Cənab Prezident,

Ətraflı
Ad - 00:06
Əvəz Zeynallının həbsinin ölkədə sağlam ictimai- siyasi mühitin formalaşmasına zərər vurduğunu, beynəlxalq aləmdə dövlətin imicinə xələl gətirə biləcəyini, eyni zamanda onun səhhətində problemlər olduğunun nəzərə alınmasını, Əvəz Zeynallıya münasibətdə ədalətli, obyektiv qərarlar verilməsi və ilk növbədə onun haqqında həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasında kömək göstərilməsini xahiş edirik.

Hörmətlə:

1) Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu
2) Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu
3) Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu
4) Ümid Partiyasının sədri İqbal Ağazadə
5) Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli
6) Azərbaycan Milliyətçi Demokratik Partiyasının sədri Qələndər Muxtarlı
7) Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı
8) Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.