Sonuncu Brüssel görüşündə VERİLƏN VAXT başa çatır – Sülhə mane olan DÖRD FAKTOR

29-09-2022, 12:45           
Sonuncu Brüssel görüşündə VERİLƏN VAXT başa çatır –
Verilmiş müddət başa çatır. Söhbət dördüncü Brüssel görüşündəki razılaşmadan gedir.
31 avqust 2022-ci il tarixdə Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən sayca dördüncü görüş çox böyük ümidlər doğurmuşdu.

Çoxları hesab edirdi ki, nəhayət ki, 30 ildən sonra Cənubi Qafqaza davamlı sülh gələcək. Bu inam hissi həm də ordan qaynaqlanırdı ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin layihəsinin hazırlanması üçün konkret müddət müəyyən edilib.

Üstəlik, bu danışıqlar artıq Rusiyanın deyil, Qərbin moderatorluğu ilə aparılırdı. Bu da inamı xeyli gücləndirirdi.

Amma sonrakı proseslər və ötən bir aydakı baş verən hadisələr göstərdi ki, bəzi ölkələr Cənubi Qafqaza davamlı sülhün gəlməsini istəmir.

Bəs, Brüssel görüşünün fiaskoya uğramasını istəyən dövlətlər hansılardır?

Birincisi, ABŞ. Vaşinqton hesab edir ki, Cənubi Qafqazda davamlı sülh ABŞ-ın maraqlarına tam cavab vermir. Çünki, bölgədəki davamlı sülh Ağ Evin nəinki Cənubu Qafqaza, ümumilkdə isə regiona təsir imkanlarını 0-a endirir. Regionda yeni güclər və birliklər formalaşa bilər ki, bu da sonrakı illərdə bütövlükdə Avrasiyanın siyasi xəritəsini dəyişə bilər.

İkincisi, Avropanın Fransa, Almaniya kimi aparıcı dövlətləri də Ermənistanla Azərbaycan arasında davamlı sülhü istəmir. Çünki, bölgədəki davamlı sülh Azərbaycanın, dolayısı ilə türk dünyasının Avrasiyada güc faktoruna çevirə bilər.

Bu isə bütövlükdə Aİ-yə sərf eliyən məsələ deyil. Təsadüfi deyil ki, ötən bir ay müddətində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin heç bir açıqlaması olmayıb. Bu da onu göstərir ki, Mişelə kifayət qədər basqı olub.

Üçüncüsü, Rusiya. Moskva Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmasını istəyir. Amma bu sazişin bağlanmasında Qərbin iştirakını istəmir. Ona görə də Brüssel görüşünün nəticələrinin ləğvində Kremli də maraqlıdır.

Dördüncüsü, İran. Rəsmi Tehran Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasını və Zəngəzur dəhlizinin açılmasını dünyanın sonu kimi təsəvvür edir. Ona görə də İran Cənubi Qafqazda davamlı sülhün gəlməsini nəinki istəmir, eləcə də müharibənin yenidən alovlanmasına hər vasitə ilə təkan verməyə çalışır. Çünki, İran Qüdrətli Azərbaycanı görmək istəmir.

Məhz bu sadalanan faktorlar onu göstərir ki, Ermənistanla Azərbaycan arasında davamlı sülhün olması bir çox güclərin maraqlarına xidmət etmir.

Ona görə də bu güclər bütün vasitələrlə sülh sazişinin imzalanacağı tarixi ləngidir. Necə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini yuxarıda adını çəkdiyimiz dövlətlər düz 30 il uzatdılar.

Bəs, sülh prosesi nə qədər uzanacaq? Görünən odur ki, ən azından yaxın aylarda hansısa sülh sazişindən danışmaq hələ tezdir.

Amma istisnalar var. Bu da “Dəmir yumruq” əməliyyatının ikinci dəfə gündəmə gəlməsidir. Ermənistanı sülh sazişinə məcbur edəcək yeganə variant kimi hələlik bu əməliyyat görünür.

Surxay Atakişiyev, Bizim.Media












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.