Generalın öz oğluna rütbə verib yanında işə götürdüyü bildirilir

12-10-2022, 08:58           
Generalın öz oğluna rütbə verib yanında işə götürdüyü bildirilir
Quru qoşunlarının komandanı, general-mayor Ənvər Əfəndiyevin oğlu İsaq Əfəndiyevə leytenant rütbəsi verdirərək, öz yanında, maliyyə şöbəsində işə götürdüyü deyilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Həbib Müntəzir feysbuk hesabında yazıb. O, məsələ ilə bağlı İsaq Əfəndiyevlə danışdığını bildirib: “Özündən soruşdum, dedi ki, - mənə rütbəni MN verib, özüm də ixtisasca maliyyəçiyəm. Nə var ki burda? Atamı gözü götürməyənlər var, şər atırlar bizə”.

Qeyd edək ki, Ənvər Əfəndiyev Birinci Qarabağ müharibəsi və Vətən müharibəsinin iştirakçısıdır. Müdafiə Nazirinin müavini, Quru Qoşunları komandanıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru