“Ramştayn-6” Rusiyaya meydan oxudu: Ukraynaya çeşidli hərbi yardım göstəriləcək…
13-10-2022, 09:15

“Bütün dünya ölkələri Putinin böyük ölkələr tərəfindən sərhədlərin güclə dəyişə biləcəyi barədə qaranlıq dünya düzənini rədd edib…”
“Rusiya qoşunlarının yeni hücumlarına rəğmən, Ukrayna müharibə dinamikasını dəyişib…”
Brüsseldə Ukraynaya hərbi yardım məsələləri üzrə “Ramştayn” təmas qrupunun görüşləri başlayıb.
Niderland, Kanada, Almaniya və Fransanın müdafiə nazirləri bəyan edib ki, Ukraynaya iri partiya silah və sursat, amunisiya və lazımi avadanlıq göndərəcəklər.
Sozcu.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Bu yaxınlarda Rusiyanın raket zərbələri Ukrynaya yardım göstərilməsində yeni yanaşmalara sövq edib, raketdən müdafiə sistemi (RM) və hava hücumundan müdafiə (HHM) vasitələrini ilk yerə çıxarıb. Bunu ABŞ-ın NATO-dakı nümayəndəsi Culianna Smit bəyan edib.
Niderlandın müdafiə naziri Kaysa Ollonqren bəyan edib ki, onun ölkəsi Ukraynaya dəyəri 15 milyon avro olan zenit raketləri verəcək, bunu “De Telegraaf” məlumat verib.
Nazir raketlərin sayını və tipini dəqiqləşdirməyib. Nəşr qeyd edir ki, raketlər başqa ölkələr tərəfindən tədarük ediləcək HHM komplekslərində istifadə ediləcək.
Kanadanın müdafiə naziri Anita Anand ümumi dəyəri 47 milyon dollar olan yeni həbi yardım paketini elan edib.
Kanada Ukrayna Silahlı Qüvvələrinə (USQ) artilleriya mərmiləri, rabitə vasitələri və qış amunisiyası tədarük etmək niyyətindədir, bunu CBS yazıb.
Bundesverin “Twitter” səhifəsində məlumat verilib ki, Almaniya Ukraynaya əlavə artilleriya özüyeriyən PzH2000 və YARS MARS II qurğuları verəcək.
Ukrayna Almaniyadan artıq 5 ədəd yaylım atəşli MARS II sistemləri və onlarla “Panzerhaubitze 2000” haubitsalar alıb.
Almaniyanın müdafiə nazirliyi məlumat verib ki, Almaniya Ukraynaya 4 vəd edilən IRIS-T biraxılış qurğularından birini verib.
Təmas qrupuna rəhbərlik edən Pentaqon rəhbəri Lloyd Ostin bəyan edib:
“Bütün dünya ölkələri Putunin böyük ölkələrin sərhədlərini güclə dəyişə biləcəyi barədə qaranlıq dünya düzənini rədd edib”.
O, qeyd edib ki, Rusiya qoşunlarının yeni hücumlarına rəğmən, Ukrayna hərbçiləri müharibənin dinamikasını dəyişib.
“USQ yüzlərlə şəhəri işğaldan azad edib. Onlar öz torpaqlarının minlərlə kv km ərazisini geri qaytarıb”, – Ostin deyib.
O, təmas qrupunun “bugünkü təxirəsalınmaz vəzifələrin həlli üçün, habelə uzunmüddətli perspektivdə Ukraynanın müdafiə imkanlarını möhkəmləndirməkdə davam edəcəyini vəd edib, – “National News” Pentaqon rəhbərindən iqtibas gətirib.