Azərbaycanda kuryerlərin maaşı 65 manat artdı Bu gün, 16:34 Bu ilin yanvar-iyun aylarında Azərbaycanda poçt və kuryer fəaliyyəti ilə məşğul olan işçilərin orta aylıq əməkhaqqı 657,1 manat təşkil edib."Valyuta.az" xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 64,4 manat və ya 10,9% artım deməkdir.Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında bu sahədə çalışanlar 592,7 manat əməkhaqqı alıblar.Ümumilikdə, 2025-ci ilin ilk altı ayında Azərbaycanda nəqliyyat sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqı 1 552,7 manat olub.Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 193,1 manat və ya 14,2% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 1 359,6 manat təşkil edib. Facebook-da paylaş