Türkiyədə yeniyetmələrin yay sevinci faciə ilə bitdi - Anbaan görüntülər
Bu gün, 16:18
Türkiyənin İsparta bölgəsinin Senirkent rayonunda çayda əylənən gənclər dostlarının faciəli ölümünə şahidlik ediblər.
Oxu.Az DHA agentliyinə istinadən xəbər verir ki, yeniyetmələrdən biri suyun dayaz hissəsinə baş vurub və daşa çırpılıb.
Hadisəni oğlanın dostlarından biri anbaan qeydə alıb. Yeniyetmə xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq, onu həyatda saxlamaq mümkün olmayıb.