“Putin Rusiyanı tam çöküşə aparır” - Ekspert

8-02-2023, 09:48           
“Putin Rusiyanı tam çöküşə aparır” - Ekspert
Yaxın gələcəkdə Rusiyanı iqtisadiyyatın tam çöküşü gözləyir, Kreml rublun dəyərini aşağı salmağa məcbur olacaq.

Bu proqnozu «Arqument» proqramında iqtisadi analitik və neft-qaz bazarı üzrə mütəxəssis Mixail Krutixin səsləndirib və qeyd edib ki, artıq indi RF-nin gəlir hissəsinin 30 faizini sanksiyalar “inək yalayan kimi” yalayıb.

Birtəhər ayaqda qalmaq üçün RF-da büdcəçiləri hədəfə alıblar - pensiyaçılardan tutmuş səhiyyə, elm və təhsil sferalarına qədər, ekspert qeyd edib.

Eyni zamanda, RF-da «qara gün üçün yığılmış» nə varsa, hamısını aktiv şəkildə satmağa başlayıblar, - Krutixin əlavə edib (UNİAN).

Rusiya rəhbərliyi bütün bunlara görə, tam qərarlıdır ki, bu yolla hərəkəti davam etdirsin… Büdcənin nəhəng defisiti var, onu haradansa «doldurmaq» lazımdır, doldurmaq isə heç yerdən mümkün deyil, deməli milli valyutanı devalvasiya etmək lazımdır, iqtisadçı proqnoz edir.

Bundan əvvəl xəbər verilmişdi ki, Rusiyanın Ukraynaya tammiqyaslı təcavüzü və təcavüzkara qarşı tətbiq edilmiş sanksiyalar fonunda Rusiyada minik avtomobillərinin istehsalı 2022-ci ildə tarixi minimuma yuvarlanıb.

Bununla bərabər, “Bloomberq”in məlumatına görə, ümumilikdə, Rusiyada sənaye istehsalı 2022-ci ilin sonunda cəmi 0,7 faiz aşağı düşüb - müharibə ilə «qidalanmış» bu sfera digər sektorlardakı azalmaları kompensasiya edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.