Yunan televiziyası da BİZİ HEYRƏTLƏNDİRDİ... - Qədim Ellada ilə Troyanın düşmənçiliyi tarixə kömüldü...

8-02-2023, 21:29           
Yunan televiziyası da BİZİ HEYRƏTLƏNDİRDİ... -
Yunanıstanın dövlət televiziyası “ERT” Türkiyədə yaşanan dəhşətli zəlzələ ilə bağlı yayım edib.

TEREF.AZ Gununsesi.info-ya istinadən xəbər verir ki, Qəhrəmanmaraşda yaşanan zəlzələdən sonra Türkiyəyə yardım göndərən ilk ölkələrdən olan Yunanıstan televiziyası faciəyi göstərən duyğulu bir türk mahnısı ilə yayımına başlayıb.

Televiziyanın bu addımı Türkiyədə yüz minlərlə insan tərəfindən izlənilib. Faciə görüntüləri ilə yanaşı, arxa planda Kazım Koyuncunun “Ben seni sevduğumi” parçası çalınıb. Həmin anlarda yunan aparıcıların hüzünlü halları diqqətləri çəkib.

Yeri gəlmişkən, zəlzələnn ilk anından dərhal sonra Türkiyəyə yardım göndərən ilk ölkələrdən olan Yunanıstanın Baş naziri Kiriakos Miçotakiç özünün sosial media hesabından Türkçə paylaşıım edib:

“İçimizi acılarla dolduran görüntüləri, bizi ümidlə dolduran görüntüləri təqib edir. Xilasedicilərin insanlıq üstü cəhdlərinə hörmətlə yanaşırıq. Yunanlar və türklər yan-yana həyat qurtarmaq üçün birlikdə savaşırlar. Etdikləri üçün onlara minnətdarıq”













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru